Onlayn ictimai-siyasi qəzet
Dünyada baş verənlərə baxırsan, götür-qoy edirsən və düşünürsən: Azərbaycan 2020-ci ilin sentyabrında başlanan hərbi əməliyyatı 44 günün içində başa çatdırmasa və ya bu ilin sentyabrında start verdiyi antiterror əməliyyatını sutka tamam olmadan yekunlaşdırmasa, nələr olardı?
Yek kəlmə ilə belə demək olar: pis olardı, böyük faciələr yaşanardı.
Yəqin ki, bu hərbi uğurun sirri məhz onun ildırımsürətli olmasındadır. Ləngimək, nəfəs dərmək, növbəti hücum kampaniyasını 2 həftə sonraya təyin etmək, döyüş bölgələrinə əlavə qüvvələr cəlb etmək, cinah dəyişdirmək, müharibələrdə yayğın tətbiq olunan manevrlərə qol qoymaq - hamısı qızıldan qiymətli vaxt itkisi olacaqdı. Bu müddətdə yəqin ki, düşmən və onun havadarları da boş oturmayacaqdılar, yaranmış fasilədən istifadə edərək, toparlanacaq, silah-sursat təchizatını intensivləşdirəcək, kütləvi fərariliyi önləyəcək, daha ciddi müqavimət göstərəcəkdilər.
Ancaq gerçəkdən ildırım sürəti ilə aparılan hərbi əməliyyatlar öz effektivliyi ilə bizə də, ermənilərə də sərfəli oldu. Bizə ona görə sərfəli oldu ki, qısa müddətdə torpaqlarımızı işğaldan azad etdik və I Qarabağ müharibəsi ilə müqayisədə qat-qat az itki verdik. Ermənilər üçün 44 günlük müharibənin əsas “uduş”u o oldu ki, Erablur məzarlığı kimi daha bir hərbi panteonu dolduracaq qədər itki vermədilər, fərarilik etmək hesabına bundan yayındılar, ziyanın yarısından qayıtdılar. Nəticədə erməni genofondu daha sarsıdıcı zərbə almadı.
Əgər 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Ermənistan rəhbərliyi kapitulyasiya aktı demək olan üçtərəfli sazişi imzalamasaydı və Kəlbəcərin, Laçının, Ağdərənin dağlarında silahlı müqaviməti davam etdirsəydi, o zaman Azərbaycanın qələbəsi bir az ləngiyəcək, daha çətin başa gələcəkdi, ancaq Ermənistanın məğlubiyyəti də daha ağır olacaqdı. Çünki Şuşanın azad edilməsindən sonra Xankəndinin götürülməsi texniki iş səciyyəsi almışdı. Bundan sonra Ağdam istiqamətindəki erməni hərbi qüvvələr mühasirəyə düşəcəkdi, Ağdərə istiqamətindən onsuz da yarılmış cəbhə xətti daha da genişlənəcəkdi, ermənilərin Kəlbəcərdə apardığı müharibə mənasız partizan savaşı xarakteri alacaqdı.
İndi bir sıra revanşist ermənilər oturub-durub deyirlər ki, 10 noyabr sazişi erməni xalqına qarşı xəyanət olub, guya ki, müqavimət davam etdirilməli imiş. Ancaq belə deyənlərin heç biri cəbhə xətlərində noyabr ayının 5-dən 10-na qədər olan real durumu nə Nikol Paşinyan kimi, nə də onun döyüşən generalları qədər bilmirlər. Paşinyan kapitulyasiya aktını kefindən və ya erməni xalqına xəyanət etmək niyyətindən atmamışdı, gerçəklikdən çıxış etmişdi, başqa variantın qalmadığını görmüşdü.
Başqa sözlə, hər hansı bir müharibəyə, hərbi əməliyyata başlamazdan öncə özünün və düşmənin real, eləcə də potensial qüvvələrini gərək yüz dəfə ölçüb-biçəsən. Sürətlə həyata keçirəcəyin hərbi əməliyyatlar nəticəsində qələbə qazanacağına tam yəqinlik hasil edəndən sonra savaş əmri vermək olar.
Rusiya hərb maşınının 1 il 10 aydır Ukrayna “bataqlığı”nda ilişib qalması ona görə baş vermədi ki, Rusiya özünün və Ukraynanın gücünü yaxşı hesablamamışdı. Xeyr. Rusiyanın hərbi rəhbərliyinin əlində qüvvələr nisbəti barədə hərtərəfli informasiya vardı. Sadəcə, Kreml Qərbin bir neçə həftə neytral qalacağını, savaşa girişməyə risk etməyəcəyini, özünün isə Ukraynanı 3 günə parçalayacağını proqnozlaşdırmışdı. Ukrayna tərəfinin müqaviməti 3 günü adlayınca Avropa bu işə əl qoydu, hərbi yardımlar sellənib gəldi və Moskvanın “ildürümsürətli müharibə” planı iflasa uğradı. Təkbətək savaşa qalsaydı, bu müharibə çoxdan bitmiş olardı.
Bu gün-sabah Qəzza-İsrail savaşının 44 günü tamam olacaq, toplamda 15 mindən çox insan ölüb və bunların tam əksəriyyəti mülki şəxslərdir. Ancaq hələ də hərbi əməliyyatların əsas mərhələsi başlanmayıb – eləcə tikililər, binkerlər dağıdılır, dinc insanlar həlak olur.
HƏMAS-ın qələbə təntənəsi 1 gün çəkdi, İsrailin qisas əməliyyatları 40 gündən çoxdur davam edir.
Müharibələrə münasibətdə “nümunəvi savaş” istilahını işlətmək düzgün olarsa, tam qətiyyətlə demək olar ki, Azərbaycanın həm 2020-ci ilin payızında apardığı 44 günlük savaş, həm də sentyabrın 19-20-də həyata keçirdiyi bir sutkalıq hərbi əməliyyat gerçəkdən nümunəvi, korrekt hərbi kampaniya olub – sürətli, effektiv, mülki əhaliyə ziyan vermədən. Ən ümdəsi, bu əməliyyat münaqişəyə böyük ölçüdə son qoyub.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ