Onlayn ictimai-siyasi qəzet
Rusiyada hökumətə yaxın sorğu agentliyinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, rus ictimaiyyətinin yarısından çoxu (62 faiz) sovet lideri İosif Stalinə (1878 -1953) rəğbət bəsləyir.
Bu faizdə adamlar Stalinə dair plakatların, büstlərin və portretlərin ictimai yerlərdə yerlərdirilməli olduğunu düşünür. Vətəndaşların 65 faizi Stalinin cinayətləri haqda materialların yayılmasının, onun haqqında pis şeylər yazılmasının əleyhinədir.
Ən maraqlısı odur ki, çox gənc adamların, 18-24 yaşlarında olan respondentlərin 77 faizi Stalinlə bağlı xatirələrin canlandırılmasını dəstəkləyir. Yaşı 60-dan çox olan respondentlər isə onları bəyəndiklərini bildirib.
Stalin 70 il əvvəl ölüb. Bu o deməkdir ki, bu gün Rusiyada yaşayanların 95 faizindən çoxu onun ölümündən sonra dünyaya gəliblər və Stalin rejiminin qəddarlıqlarını, amansızlıqlarını, çətinliklərini görməyiblər.
Ancaq onlar Stalin mövzusunda çəkilən yüzlərlə film və seriallardan, yazılan minlərlə bədii və sənədli əsərlərdən Stalin dövrünün qanunsuzluqları və məşəqqətləri haqqında yaxşı xəbərdardırlar.
Bu şəxslər Stalin repressiyasının dözülməz iztirab və işgəncələrini öz dərilərində hiss etməyiblər, o ağır günləri yaşamayıblar, ona görə də Stalin haqqında filmlər onlara sadəcə qorxu filmləri kimi maraqlıdır, baxırlar, bir az həyəcanlanırlar, film bitir, həyəcan da qurtarır.
Stalinin dövründə (1922-1953) isə yüz minlərlə günahsız insan 10-15 dəqiqəlik məhkəmələrdən sonra güllələnib, milyonlarla insan Sibirin sərt iqlimli biyabanlarında tikilmiş həbs düşərgələrinə göndərilib və onların xeylisi elə oradaca ölüb, repressiya olunan şəxslərin yaxını olan məsum qadınlar Qazaxıstanda ALJİR adlanan həbs düşərgələrində cəza çəkməyə vadar edilib, ölkənin ən yaxşı ziyalıları, mülki və hərbi kadrları sırf Stalinin iş metodlarını bəyənmədikləri üçün məhv edilib və sair və ilaxır. Bütün bu cinayətlər Stalinə rəğbət bəsləyənlərin vecinə deyil.
Stalin onlara başqa prizmadan əzizdir. SSRİ adlanan qırmızı Rusiya imperiyasının ən geniş sərhədlərə malik olması, bütün dünyaya güc göstərməsi, dünyanın ən güclü iki dövlətindən biri olması məhz Stalinin dövrünə təsadüf edib.
Müasir ruslar onu ona görə sevirlər ki, adı SSRİ olan dövlətin əsas etnik çoxluğu olan ruslar onun dövründə dünyanı idarə edən iki-üç millətdən biri olublar. Mahiyyət etibarilə faşist rejimi (təkpartiyalı idarəetmə) quran Stalin həm də rus şovinizmini inkişaf etdirib. Stalin özünü də rus adlandırıb, ruslara aid edib. Onun vaxtında populyar olan “sovet xalqı”, “sovet ölkəsi” terminləri gözdən pərdə asmaq üçün işlədilib, əslində hamı söhbətin “rus xalqı”, “rus dövləti”ndən getdiyini yaxşı bilib. O dövrdə Qərb ölkələrində də SSRİ-dən söhbət düşəndə çox zaman dövlətin adını “Rusiya” kimi qeyd ediblər.
Stalin və o dövrün ideoloqları sadəcə onu yaxşı anlayıblar ki, başqa xalqları bir millətin hökmranlığı, dominantlığı altında birləşdirməyin yolu hamı üçün eyni dərəcədə əziz olan yeni bir termindən yararlanmaq və üzdə beynəlmiləlçilik siyasəti yeritməkdir.
Qəribədir ki, Stalinin ölümündən dərhal sonra o zamanın slavyan əsilli dövlət adamları Stalinə və digər millətlərdən olan kadrlara xor baxıblar və yaranmış fürsətdən istifadə edərək onları sovet dövlətinin rəhbərliyindən uzaqlaşdırıb, bir növ, “sovet məmlükləri”ndə xilas olublar.
Ruslar Stalinin qədrini Qorbaçov-Yeltsin erasından, sovet dövlətinin çökməsindən, SSRİ-nin dağılmasından sonra bildilər.
Budur, 32 ildir ki, SSRİ dağılıb, amma ruslar hələ də sovet dövlətindəki sərhədlərin və rifahın xiffətini çəkirlər. Ölkənin başqa regionlarından fərqli olaraq Rusiyanın Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Samara, Yekaterinburq, Krasnoyarsk və başqa iri şəhərlərində insanlar gerçəkdən də yüksək rifah içində yaşayıblar – digər respublikalarda istehsal olunan və yerli əhaliyə dadızdırılmadan rus şəhərlərinə göndərilən maddi nemətlərin hesabına.
Ona görə də onlar Stalini dahi sayırlar və bu şəxsin yaratdığı hərbi-polis rejiminin milyonlarla qurbanının halına acımırlar. Bu ovqat rusların imperiya ambisiyasının şiddətindən xəbər verir. Onlar başqa xalqları hələ də özlərinin tabeliyində, əllərinin altında görmək istəyirlər. Prezident Putin öz xalqının ovqatını, xalq da prezidentin əsl niyyətini yaxşı bilir.
Bu baxımdan Putin Qərb ölkələrinə dirəşdikcə, rus xalqı səfil gününə qalsa da, onu dəstəkləyəcək. Heç bir maddi sıxıntı “imperialist qüvvələrin rus xalqına qarşı məkrli niyyəti”nin gerçəkləşməsinə səbəb olmayacaq. Bu"superderjava", "böyük və müzəffər millət" xəstəliyidir.
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
28 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ