Onlayn ictimai-siyasi qəzet
“Sevilyada göz oxşayan yol da var
ağ yelkənli qayıqçılardan ötrü.
Sənin çaylarında, ey Qranada,
üzən yalnız ahlar, iniltilərdi”.
(Federiko Qarsia Lorka, tərcümə Mahir N. Qarayev)
Dostum Vüsal Bağırlı sovet Azərbaycanında, 1980-ci illərdə yaradılmış “Ozan” qrupunun ifasında “Sən kimsən, robot” mahnısının klipini telefonuma yollayanda barmağımı dişlədim, fikirləşdim, ey dadi-bidad, mənim neçə yaşım var, mən kiməm? Axı mən bu klipi, mahnını, o cümlədən həmin dövrdə SSRİ camaatı arasında çox populyar olan latış elektron musiqi qrupu “Zodiak”ı yaxşı xatırlayıram. Elə bil bunlar hamısı uzağı dünən olub. Amma 40 il keçir.
Klip Bakıda tramvayın qarşısına robotun çıxmasıyla başlayır. Tramvaylar hanı? Hacıbala müəllim onların relslərini söküb satdı. Əvəzində robot aldı. Bağ evi üçün.
Eyni zamanda, xəbər lentinə baxıram, görürəm Zeynəb Xanlarova nəyəsə, kiməsə cavab verir. Mövzudan tam xəbərsizəm. Zeynəb xanım ötən ilin axırlarında nəsə edib, hamı ona ya cavab verir, ya tənqid edir, ya da müdafiə edir. Bu tema mənim üçün olduqca önəmsizdir deyə, heç maraqlanmamışam. Ancaq bilmədiyin mövzuya cavab da əcaib duyğular oyadır, o səbəbdən Zeynəbin xanımın cavab videosuna baxdım. Deyir mənim adımdan uşaq pulu tələbi videosu yayırlar, mən belə söz deməmişəm. Yenə mövzunu anlamadım, ancaq Zeynəb xanımın axırda dediyi o mədəni cümlə məni tutdu: “Mən axı sizi sevirəm”.
Möhtəşəm cümlədir. Yenə uşaqlığım yadıma gəldi. Hardasa 1970-lərin sonu, 80-lərin əvvəli kimi bir dövr olmalıdır. Qarabağın kəndlərindən birində qonşumuzun televizoru xarab olub, axşam tərəfi (bəlkə də günorta – tam xatırlamıram) isə Zeynəb Xanlarovanın konserti olmalıdır. Hamı yığışıb bizim evə, televizorda konsertin başlamağını gözləyir.
Sonra kadrlar sürətlə fırlanır, yadıma düşür ki, hazırda dustaq olan Tofiq Yaqublu Zeynəb Xanlarovanın oxumağını çox sevirdi və onun “Nərgizim” mahnısının şərəfinə qızına Nərgiz adı qoymuşdu. 2020-ci ildə Xanlarova Yaqublunun azad olunmağı üçün prezidentə müraciət eləmişdi. İndi istəsələr, bəlkə yenə eləyər. O bizim hamımızı sevir. Şəxsən mən buna inanmaq istəyirəm. “Dünyanın xoşbəxti” olmağın resepti həm də budur.
Əlbəttə, “indiki uşaqlar bunu bilməz”, mən də heç kimə irad tutmuram. Nə də dəstəkləyirəm. Siyasətə qarışmıram, necə deyərlər. Ötən ilin son dekadasında evin yaxınlığındakı meydanda bir yük avtomobilinin dayandığını, elə kuzovdan mandarin satdıqlarını gördüm. Yaxınlaşdım, kilosu cəmi 80 qəpiyə olan mandarin mənə çox ucuz gəldi. Niyə belə ucuz idi, heç səbəbini soruşmadım. Keyfiyyəti də yerindəydi. Bir kilo aldım, 10 günə yaxın müddətdə evdəki uşaqlar o mandarinin heç yarısını belə yemədilər. Bəziləri istidən xarab oldu. İndi mən onlara necə izah edə bilərdim ki, bizim uşaqlığımızda bu mandarinlər dünyanın ən tapılmaz, delikates meyvələrindən sayılırdı və yalnız Yeni il bayramı qabağı, müvəqqəti sovet ailəsinin süfrəsində peyda olurdu? İnternetdə baxdım, o vaxt kilosu 1 rubl 30 qəpik imiş. Ancaq tapa bilsən... İndi isə var, lakin yeyən yoxdur.
Biz mandarini öz aramızda dilimləyib bölüşərdik. Məktəbdə uşaqlar arasında, məhəllədə, ailədə... İndi mandarin bölüşən adamlar yoxdur. Pandemiya dövründəyik. Təhlükəlidir. Dünən bir dostumuzla çörək yeyirdik, çəngəli dezinfeksiya edirdi. Mənzərə mənə maraqlı gəldi. Görəsən mandarinlər korona və ya qızılcaya dərman ola bilərmi? Uşaqlıq xatirələri necə?
30 Aprel 2025
29 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025
25 Aprel 2025
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
09 Aprel 2025
08 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
04 Aprel 2025
03 Aprel 2025
02 Aprel 2025
31 Mart 2025
30 Mart 2025
28 Mart 2025
27 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ