İnsanlara hürriyət, millətlərə istiqlal!

Lap 10 Paşinyan asın, nə xeyri?

Erməni psixologiyasına ağıllı başla izah tapmaq gerçəkdən mənasız məşğuliyyətdır. Əgər adama körpəlikdən digər millətlərdən üstün olduğu təlqin edilibsə, “bütün bəşəriyyət qədim erməni xalqına borcludur” həyasız yalanı beyninə yeridilibsə, şüuraltına “böyük ermənistan” yerləşdirilibsə, burda təbabət artıq acizdir.

Yəni hazırkı nəsillər heç. Onlar itirilib. Gələcək erməni nəsillərini xilas eləmək üçünsə öncə gərək gənc erməni anaları ciddi müalicə alsın. Ən əvvəl də ruhi-psixoloji baxımdan. Bəlkə onda bir şey çıxdı. Bəlkə o halda erməni körpələri də başqa körpələr kimi normal böyüdü, sadə uşaqlıq dövrü keçirdi, yaşa dolandan sonra isə terrorçu-quldur yox, normal adam balası oldu...

“Baş nazir Nikol Paşinyanı asacağıq. Biz özümüzdən başqa heç kimə arxalana bilmərik - nə ruslara, nə də başqa heç kimə”.

Bu sözləri İrəvanda Aram adlı taksi sürücüsü ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının müxbirinə söyləyib.

Artıq bir müddətdir kapitulyant ölkədə təzədən terror ruzigarı əsməyə başlayıb. Guya indi Ermənistan “hüquqi-demokratik” ölkədir. O zaman sual: erməni xalqı adından ifadə olunan belə bir təhdidə, hədəyə görə taksi sürücüsü həbsə salınacaqmı?

Çətin. Ona görə ki, önümüzdə fiziki terroru on illərlə, hətta əsrlərlə özünün əsas mübarizə üsulu kimi tərcih edən, ona az qala həyat tərzi kimi baxan əcaib məxluqat.

Yaxşı, Paşinyanı da asdınız, sonra? Axı o, səbəb deyil, nəticədir. Səbəb isə özünüzsünüz – erməni toplumudur. “Miatsum” adlı toksik virusdan, murdar təfəkkürdən, miflər və saxta tarixdən qurtula bilməyən toplum. Əlbəttə ki, illərlə ardınca getdiyi avantürist və terrorçu xislətli katolikosları, yaramaz siyasi liderləri ilə birgə...

Hər millət öz rəhbərinə layiqdir. Bu xüsusda N.Paşinyan həm də erməni cəmiyyəti üçün bir güzgü. Güzgüyə xətər yetirməyin nə faydası. Bununla xəstəlik, mərəz sağalırmı?

Amma yenə Nikol erməni rəhbərləri arasında nisbətən ən anlaqlısı. Əgər onu da asacaqsınızsa, onda vay halınıza. Hərgah Paşinyan da klassik ermənilikdən qurtulub soyuq və dəmir məntiqlə düşünmək qabiliyyətinə çata bilməmiş tipik hay. Azərbaycan və Türkiyə ilə təcili anlaşmaq, qonşu xalqlar arasında düşmənçilik səhifəsini həmişəlik qapatmaq əvəzinə, 4 ildir “nala-mıxa” vuran məgər o deyil?..

Yəni “Dəmir qapaz”dan sonra da ortada böyük sülh naminə ciddi heç nə yox. O zaman real nəticədən danışmaq mümkün olardı ki, ən azından Ermənistan konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılsın, oradan Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları çıxarılsın. Eləcə də Ermənistanın gerbindən Ağrı dağının əksi yığışdırılsın.

Bunu isə ilk dəfə məhz Nikol Paşinyan edə bilər. Etməyəcəksə, yaxud qoymayacaqsınızsa, onu da edam edib yeganə tarixi fürsəti qaçıracaqsınızsa, deməli, rəzalətiniz bitməyəcək. Demək, bu rəzaləti, miskin həyatı haqq edirsiniz...

O ki qaldı, “özümüzdən başqa heç kimə arxalanmamaq” məsələsinə, buna inanmaq qəliz. Əsas səbəbi yuxarıda yazdıq. İş həm də ondadır ki, erməni xalqının bütün bəlaları elə onun-bunun əlində məmnuniyyətlə maşa, oyuncaq olmaqdan, yad qucaqlarda oturmaqdan qaynaqlanır.

Türkə patoloji nifrətdən mənbə götürən bu heyvani xislət dəyişməyincə lap 10 Paşiynyan asın, nə xeyri?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024