Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün 4 şərt-tələbi bəlli. Onlardan biri də ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) rəsmən ləğvi ilə bağlıdır. Birinci o səbəbə ki, artıq “Dağlıq Qarabağ” adlı konflikt yoxdur və deməli, bu quruma da ehtiyac qalmayıb. İkincisi MQ, özəlliklə onun həmsədrləri 26 illik fəaliyyət dövründə faktiki erməni işğalını rəsmiləşdirməyə çalışıblar.
Üçüncü yandan isə 44+1 günlük müharibədən sonra yerdəki reallıqlar bambaşqadır. Qarabağda xunta rejiminin, erməni separatizminin kökü artıq kəsilib, onların rəhbərləri Bakıda ədalət məhkəməsində mühakimə olunur, Azərbaycan həmçinin “Böyük Qayıdış”la, ərazilərin minalardan təmizlənməsi ilə məşğuldur – hansı işləri ki, müstəsna olaraq öz resursları hesabına, Qərbdən, Rusiyadan heç bir ciddi yardım olmadan həyata keçirir.
Qarabağa ermənilərin geri dönüşünə gəlincə, bu məsələdə də Bakının haqlı tələbi məlum: keçmiş erməni sakinlər öncə konstitusiyamızı, bayrağımızı qəbul eləməlidirlər. Eyni qaydada, “güzgü prinsipi” üzrə azərbaycanlı qaçqınların Ermənistana qayıdışına şərait yaradılmalı, onların təhlükəsizliyinə təminat verilməlidir...
Göründüyü kimi, MQ-lik bir iş qalmayıb. Bunu Ermənistanda radikal-revanşistlər xaric, ağlı az-çox olanların hamısı anlayır. Baş nazir Nikol Paşinyan da MQ-nin yeridik ləğvini istisna eləməyib. Hərgah bu yöndə gərəkən addımı atmağa tələsmir.
\Maraqlıdır ki, sadalanan gerçəkliklər fonunda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Minsk Qrupu ətrafında vəziyyətin dəyişdiyi”ni bildirib. Diplomat xatırladıb ki, MQ-nin qərbli həmsədrləri (ABŞ və Fransa) rusiyalı həmkarı ilə işləməkdən imtina edib. Lakin səfirin sözlərinə görə, “format indi müzakirə oluna bilər, baxmayaraq ki, bir həmsədr (Fransa – Z.S.) rusofob mövqe tutur, ikincisi (ABŞ – Z.S.) isə Rusiyaya qarşı siyasətini yenidən nəzərdən keçirir” deyib.
Halbuki Rusiya XİN-in başçısı Sergey Lavrov, eləcə də omun sözçüsü Mariya Zaxarova ötən il və ondan qabaqkı dönəmlərdə dəfələrlə MQ-nin artıq mövcud olmadığını bəyan ediblər. Zaxarova üstəlik, yeganə çıxış yolu kimi Bakı və İrəvanı qrupun rəsmi ləğvi üçün ATƏT-ə birgə müraciət etməyə çağırıb.
Azərbaycan buna çoxdan hazırıdır. Qalır erməni tərəfi. Əfsus ki, İrəvan yenə astagəllik edir. Çünki sözdə ölkəmizə qarşı ərazi iddiasının olmadığını bəyan eləsə də, əməldə bunu isbatlamaq istəmir. O sırada Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsmir...
Bir yandan da Kopırkinin yuxarıdakı açıqlaması. Bu, şübhəsiz, Kremlin Güney Qafqaza yönəlik imperiya maraqlarına sadiqliyini göstərməklə yanaşı, erməni revanşistlərin “çöprəyinin üstünə yağ” sürtmək cəhdidir. Eyni zamanda, Rusiyanın nə dərəcədə etibarsız dövlət olduğunun növbəti təzahürüdür.
Təsadüfi deyil ki, son bir həftə ərazində Rusiya səfiri Ermənistanın üç sabiq prezidenti ilə - torpaqlarımızın işğalında müstəsna rol oynamış faşist xislətli Robert Köçəryan, Serj Sərksiyan və Levon Ter-Petrosyanla İrəvanda bir araya gəlib. Həmçinin uzun fasilədən sonra Xocalı canisi Köçəryan “xortlayaraq” geniş mətbuat konfransı keçirib, Rusiyanın ünvanına təriflər yağdırıb, MQ-nin heç bir halda ləğv edilməməli odluğunu ərz edib...
Amma Moskvadakı neoimperialist düşüncəli çevrələr də, İrəvandakı revanşistlər də bir şeyi unudurlar ki, siyasətdə, diplomatiyada bir suya iki dəfə girmək mümkünsüz.
Ən əsası, Bakı MQ qismində köhnə təzyiq rıcağının ona qarşı işə salınmasına əsla izn verməz.
Əslində MQ həm də Ermənistana təzyiq və Paşinyan hökumətinin dayaqlarını sarsıtmaq üçün lazımdır. Odur ki, Nikol Paşinyan nə qədər gec deyil, yaxın keçmişin bu əcaib mirasını tam təsirsiz hala gətirmək üçün Bakı ilə birgə ATƏT-ə ortaq müraciəti tezləşdirməlidir...
24 Mart 2025
17 Mart 2025
14 Mart 2025
12 Mart 2025
07 Mart 2025
05 Mart 2025
28 Fevral 2025
26 Fevral 2025
25 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
04 Fevral 2025
01 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
22 Yanvar 2025
20 Yanvar 2025
17 Yanvar 2025
13 Yanvar 2025
10 Yanvar 2025
06 Yanvar 2025
04 Yanvar 2025
30 Dekabr 2024
27 Dekabr 2024
23 Dekabr 2024
16 Dekabr 2024
11 Dekabr 2024
09 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ