Onlayn ictimai-siyasi qəzet
Haçansa oxumuşdum, deyir, Üzeyir Hacıbəyli tələbələrinin ac olduğunu görəndə onları evinə aparıb yemək verirmiş. İndi mən elə bir müqayisə aparacağam ki, Üzeyir bəyin qəbri parçalanmasa yaxşıdır. Hər halda, bəy məni bağışlasın. Bizim keçmiş təhsil naziri Misir müəllim hansısa universitetdə dərs deyirmiş, orda liftə minməkdə çətinlik çəkirmiş. Tələbələr liftə doluşur, ona yol vermirmiş. (Bəlkə bunun üçün hörməti vaxtında qazanmaq lazım idi?) Bəs çıxış yolu nədir? Əski nazir təklif edir: tələbələrin liftə minməyi qadağan olunsun.
Bəh-bəh. Gör necə gözəl pedaqoji sistemimiz vardır. Əslində təzə təklif deyil, uzun illərdir bizim bir çox məktəblərdə müəllimlər üçün ayrıca sanuzellərə, tualetlərə qədər yaradılıbdır. Lift niyə ayrılmasın?
Prinsipcə, şagird-tələbə personalında son zamanlar vəhşiləşmə prosesləri gedir. Zorakılıq, bıçaqlama, təhqir adi hal alıb. Birdən bu azğınlar müəllim-professor heyətini təhqir etməyə, bıçaqlamağa başlasalar? Qətiyyən yol verə bilmərik. Uşaq uşağı təhqir eləyəndə məktəbini dəyişirik, müəllim təhqir edilsə nə tədbir görək? Profilaktika lazımdır. Elə dünən hansısa məktəbdə kütləvi dava düşmüşdü, polis vəziyyəti nəzarətə götürmüşdür, insan tələfatı yoxdur, nisbi sakitlik elan olunmuşdur. Nazirlikdən verilən açıqlamaya görə dava məktəbin ərazisində deyil, qıraqda olubdur. Bəlkə də repetitor yanında... Təklif edirəm şagirdlər davanı bundan sonra repetitor yanında salsınlar. Hər şeyin öz yeri var.
O cümlədən, yaxşı olar Misir müəllimə təxti-rəvan və ya kəcavə ayrılsın. Binaya girən kimi çıxıb otursun, pis oxuyan tələbələrdən dörd nəfər kəcavənin altına girsin, hörmətli professoru kafedraya, auditoriyaya, kafeyə, tualetə - hara lazımdırsa ora, çiyinlərində aparsınlar. Müəllimə hörmət etməliyik. Biz uşaq olanda müəllimlər yemək yemirdilər. İndi, maşallah, müəllimlər valideynləri diri-diri udur. Misir müəllimin təhsilimizin inkişafında rolu isə o qədər böyükdür ki, tələbələr nəinki onu bellərində daşımağa borcludur, hətta biz lazım gəlsə ona ehram da tikməliyik. İndi söz əlaqədar... Nəsə, özləri mövzunu bilir.
Sözgəlişi, təzəlikcə birinci sinif şagirdini təhqir edən müəllimin videosu yayılmışdı. O nə səs idi, ilahi? Müəllimdən çıxan səs heyrətamiz idi, lakin ona töhmət verdilər. Halbuki, apar qoy sərhədə, qışqırsın, Zəngəzur dəhlizi öz-özünə açılmasa heç zad bilmirəm.
Keçək həlli vacib başqa məsələlərə. Bu yaxında dövlətimiz qərar verdi ki, kino çəkilişindən vergi alınmayacaqdır. Amma kino çəkilişi yoxdur axı. Olmayan şeydən vergini necə alırmışlar? Əsl kino mövzusudur.
Bir qədər də xarici xəbərlər. Amerikada ölüm cəzasına məhkum edilən şəxsi azotla boğub öldürdülər. Bu, Ştatların tarixində yenilik sayılırmış, çünki qabaqlar orda caniləri ancaq elektrik stulu, güllələnmə, dar ağacı, zəhərli qaz və damara zəhərli iynə üsullarıyla öldürmək dəbdə olmuşdur. Elə bu cani də iynə üsuluyla qətlə yetirilməliymiş, lakin maraqlıdır ki, həbsxanada onun damarını tapa bilməyiblər. (“Maraqlıdır” yazdım, özümə də tragikomik gəldi).
Artıq azotla boğma üsulu əlavə edildi, bu münasibətlə bütün Amerika demokratlarını təbrik edirəm. Ağıllımız kimdir, qabaqda gedən zəncirli. Kül bu planetin təpəsinə (nüvə külü də ola bilər), gör onu hansı zırramalar idarə edir. “Kitayski” ölkə olan Çin, qatil ABŞ, ermənipərəst Fransa, dəli Putin və sairə - hamısını yazsam qan düşər.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ