Onlayn ictimai-siyasi qəzet
(Allah sənə rəhmət eləsin, Marsel müəllim)
Hüquqi dövlət quruculuğu yolunda daha bir addım atmışıq. Daha dəqiqi, atmaq üzrəyik: Milli Məclisin 19 dekabr iclasının gündəliyinə Mülki Prosessual Məcəlləyə dəyişiklik də salınıb. Sitat: “Layihəyə əsasən, arbitraj icraatı zamanı məlum olan hallar barədə şahid qismində dindirilməsi qadağan olunan şəxslərin dairəsinə arbitrlər əlavə edilir”.
Bəli. Həqiqətən bizdə şahidlik işləri olduqca ciddi tənzimlənir. Birincisi, heç kim öz əleyhinə, həmçinin qahım-əqrəbasının ziddinə şahidliyə məcbur oluna bilməz. İkincisi, bir adam 80 dənə cinayət işində şahid kimi istifadə olunsun, bu, mümkünsüzdür. Uzağı 75 işdə istifadə edilər. Bundan artığı qanuna ziddir.
Yeri gəlmişkən, hələ sovetin vaxtından şahid məsələsinə ciddi yanaşılırdı, bunu 1966-cı ildə çəkilən, rejissoru Eldar Ryazanov olan “Avtomobildən qorun” filmindəki dialoq dəqiq göstərir:
- Bəs şahid kimdir?
– Mənəm şahid! Nə baş verib?”
Arbitraj icraatına gələndə, burada indiyəcən arbitrlər özləri şahid ola bilərmiş, daha ola bilməyəcəkdir. Məlum olan hallarda. Məlum olmayan hallarda yenə şahid olsunlar, nə vecimizə?
Açığı, böyük islahatdır. Mən dəfələrlə bu temada yazmışam. Məsələn, bu yaxında vəkil Elçin Sadıxovun eyni cinayət işində həm şahid, həm təqsirləndirilən şəxs, həm vəkil olduğunu araşdırmışdıq. (Həm ittihamçı, həm hakim olması da gözlənilir). Oxşar vəziyyətin arbitraj məhkəmələrində yaşanması kimin xoşuna gəlməyibdir, anlaşılmır. Arbitraj əsasən təsərrüfat mübahisələrinə baxır, dəyəri 1000 manata çatan problemləri həll edir. Məncə burada hakimin şahidliyi daha düzgün olardı. Ümid edirəm deputatlar məsələyə ciddi yanaşacaqdır. Ölkəmizdə hüquq hər şeydən, hər kəsdən vacibdir. İstənilən şəxsin cinayəti araşdırılır. Bir gün gec, bir gün tez. Heç nə unudulmur, heç nə yaddan çıxmır.
Məsələn, bugünlərdə qəzetimizin müxbiri Elşən bəy Naxçıvandan olduqca maraqlı, elmi araşdırmalar yazır, oxuyuruq, dəhşətə gəlirik. Qanımız donur. Təsəvvür elə, Naxçıvan duz mədənində saxtakarlıq edilmişdir. Bölgənin əski xanlarından Vasif müəllim duz yatağına alınmalı avadanlıqları satıb-sovurmuşdur. Nəticədə Naxçıvan duzu palçıqlı gəlirmiş. (Açığı, indi onun heç palçıqlısını da tapmırıq. Vasif müəllim işdən çıxandan Bakı dükanlarından Naxçıvan duzu yox olmaqdadır. Şəxsən mən Naxçıvan duzunu çox sevirəm. Atalar sözü də var bu temada: “Naxçıvanın duzu, qızı, qarpızı”. Naxçıvan duzu qaya duzudur, Masazırda göldən çıxan duzdan daha yaxşıdır mənim üçün. Ancaq Naxçıvan duzu elə bil Vasif müəllimlə gedib. Dünya birliyi isə bu ədalətsizliyə dözür).
Naxçıvanda duz istehsalına haram qatmaq, korrupsiyaya yol verməyi Vasif müəllimə yaraşdırmırıq. Yenə atalar sözünə müraciət eləsək, deyir, bir şeyə qurd düşməsin deyə duz səpərlər, duza qurd düşsə neyləyək. Çörək və duz işlərində əliəyrilik haramdır. Şair Süleyman Rüstəm demişkən:
Oxu öyüdümü sən sətir-sətir,
Qoy yağsın hər zaman dilindən ətir,
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!
Əlbəttə, bölgədən gələn informasiyalar doğrudursa Vasif müəllim hazırda qazancını və malını da yağmaladır, belə olmalıydı. Özünüz düşünün, duz sexini düz işlətməyən düzdə qalmazdımı? (Yanıltmac düzəltdim, dərsliyə salın, uşaqlar oxusun, dili açılsın). Hələ bu harasıdır, müxbirimiz orda bir kəndə gedib, görüb ki, ərazidə su elektrik stansiyası tikilməliymiş, lakin heç zad yoxdur. Dövlətin 56 milyon manatını basıb yeyiblər, üstündən su içiblər, elektrikləniblər özləri üçün.
Bəlkə də əsas elə budur. Xalqa SES tiksən guya nə olacaq? Həmin işığı boşuna yandıracaqlar. İndiki halda isə Vasif müəllim və qahımları 56 milyon manatlıq işıqlanıblar. Hətta işığın çoxluğundan Vasif müəllim harasa işınlanıb – 1 ildir üzvü olduğu Milli Məclisə də gəlmir. Belə getsə arbitraj haqda qanun onun iştirakı olmadan düzəldiləcək. Ah-vay.
Sözgəlişi, Vasif müəllim vəzifədə olanda biz ordan yazı yazırdıq. Ancaq o vaxt nəsə hər şey yaxşı idi. Hər yan işıqlı, duzlu, məzəli idi. İndi məzəlidir, duz və işıq çatmır. Yeganə fərq budur.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ