Onlayn ictimai-siyasi qəzet
“Ermənistan əhalisinin 80%-i ölkə konstitusiyanın dəyişdirilməsinin əleyhinədir”.
“Pastinfo”nun YouTube kanalında keçirdiyi sorğunun əsas nəticəsi belədir.
Məlumata görə, 7400 sorğu iştirakçısının 80%-i konstitusiyanı dəyişdirməyə və yeni variantdan “Müstəqillik Bəyannaməsi”nə istinadı (harda ki, Azərbaycana ərazi iddiası var) çıxarmağa “yox” deyib. Respondentlərin yalnız 15%-i “hə” cavabını verib, daha 5%-i tərəddüd edib.
80%!.. İndi ki, belədir, onda qulağınızın dibini görəndə Ermənistanın da blokadadan çıxıb dirçəlməsini görərsiniz. Madam elədir, onda öz sərsəm, heç vaxt reallaşmayacaq iddialarınızla, dünyanın bezdirmiş miflərinizlə rəzalət içində yaşamağa davam edin – “izqoy”, miskin bir ölkənin zavallı, ac-yalavac vətəndaşları olaraq. Heç kimin, illah da Azərbaycan və Türkiyənin sizə borcu-zadı yoxdur...
Deyilə bilər ki, YouTube kanalında sorğu obyektiv sayıla bilməz. Çünki sosioloji sorğu keçirməyin öz qaydaları, şərtləri var. Doğru. Misal üçün, plebissiti əgər “Gellup” şirkəti təşkil eləsəydi, o ayrı məsələ. Hərçənd, dəniz suyunun dadını bilmək üçün damla da yetərlidir.
Hər halda daşlaşmış qənaət belədir ki, erməni cəmiyyətində həqiqətən çox böyük bir qisim, hətta mütləq əksəriyyət “Dəmir yumruq”dan sonra da radikal ovqatdadır və hələ də sarsaqcasına inanır ki, nə vaxtsa Azərbaycandan qisas alınacaq, revanş götürüləcək. Bu isə artıq Nikol Paşinyan hökumətinin problemidir. Öz xalqını ağla gətirib sülhə hazırlamaq onun və komandasının boyun borcu.
Paşinyan komandası isə əfsus ki, 2024-də də “nala-mıxa” vurmaqla, söz oyunbazlığı ilə, danışıqları imitasiya eləməklə məşğuldur. Köçəryan-Sərkisyan dönəmindəki kimi. Saxtakarlıq, riyakarlıq, yalan bunların canında. Odur ki, hakimiyyətlər dəyişsə də mahiyyət dəyişmir. Çünki “material” eyndir. Mövzudan uzaqlaşmayaq...
Dünən Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin himni və gerbini dəyişdirməyin vacibliyini bildirib. Hansı gerbdə ki, Türkiyənin Ağrı dağı (“Ararat”) əks olunub.
Öz növbəsində baş nazir aparatı rəhbərinin müavini Taron Çaxoyan facebook səhifəsində yazıb: “İttihamlar var ki, biz Ermənistan Respublikasının gerbindən Ararat (Ağrı dağı – Z.S.) təsvirini silməyə hazırlaşırıq. Dünyanın ən hündür dağı Everest də Ermənistanın gerbində təsvir olunsa, gerçək dəyişməyəcək. Dövlət tostlarla, natiqlik bacarığı və pafosla qurulmur. Bayraq yandırmaqla (Azərbaycan və Türkiyə bayraqları nəzərdə tutulur – Z.S.) vətən xilas olmur. Ermənistanın dövlət rəmzləri, gerb əsrlər boyu dövlətsiz yaşayan erməni xalqını yox, Ermənistan Respublikasını simvolizə etməlidir”.
Məntiqlidir. Ancaq cəmi bir gün sonra Alen Simonyanın müavini, parlamentin vitse-spikeri Ruben Rubinyan başqa hava çalaraq, faktiki öz sədri Simonyanı da, Paşinyanın aparat rəhbəri müavinini də təkzib edib.
“Ermənistan hakimiyyətinin ölkənin himni və gerbinin dəyişdirilməsi ilə bağlı qərarı yoxdur. Kim deyib ki, biz himni və gerbi dəyişmək istəyirik? Mən onları dəyişmək istəmirəm”, - Rubinyan bildirib və əlavə edib ki, “yeni konstitusiya layihəsi mövcud deyil, onu heç kim görməyib”...
Yada salaq, ötən ilin noyabrında Paşinyan Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsi zəruriliyini dilə gətirib. Yanvarın 19-da isə o, parlament idarəetmə formasını saxlamaqla yeni konstitusiyaya ehtiyac olduğunu deyib. Lakin ardınca xarici işlər naziri Ararat Mirzoyan hakimiyyətin Bakı ilə münasibətləri normallaşmaq naminə yeni konstitusiyan qəbuluna getməsi ilə bağlı fikirləri “böyük şişirtmə” adlandırıb. Nəhayət, ötən həftəsonu Nikol sülh danışıqlarının uzanacağına işarə edərək (kimin günahından? – Z.S.), Azərbaycana hücum etməmək haqda pakt imzalamağı təklif edib.
Beləcə, Paşinyan komandası daxilində sanki gizli bir anlaşma var ki, daim sülh oyunu oynasınlar, birinin sözünü digəri təkzib eləsin və bu minvalla həm dünyanın gözündə “sülh göyərçinləri” kimi qalsınlar və eyni zamanda, Bakı və Ankaranı barışıq əleyhdarları çıxarsınlar, həm də silahlanma, revanş üçün qiymətli vaxt qazansınlar. Azərbaycan və Türkiyəyə ərazi iddiaları əks olunan konstitusiya və gerbi də dəyişməz saxlasınlar.
Görəsən “bir addım irəli, iki addım geri” taktikası ilə bu əbləhlər komandası kimi ələ salır – öz xalqını, yoxsa? Belə “amorf”, hərdəmxəyal hakimiyyətlə sülh anlaşmasına nail olmaq mümkünmü? Bunlarda heç olmasa, “kişi sözü” anlayışı varmı?
Suallar əlbəttə ki, ritorikdir...
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ