Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin Xankəndində səs verməsi gözlənildiyi kimi, erməni revanşistlərin ürəyinə ox kimi batdı. Ancaq elə bilməyin ki, söhbət yalnızca qonşu ölkədəki radikal müxalifətdən gedir. Guya bizimlə sülh müqaviləsi imzalamaq üçün əldən gedən, bütün dünyaya ərazi bütövlüyümüzü tanıdığını bəyanlayan Nikol Paşinyan komandasında da 7 fevrala görə xeyli şok keçirən, havalanan var.
Sıranın önündə “məxməri” baş nazirin xüsusi tapşırıqlar üzrə səfiri, bədnam Edmon Marukyan gəlir. Onun Azərbaycan əleyhinə sayıqlamalarına, o cümlədən irqçi və qızışdırıcı açıqlamalarına artıq adətkarıq. Amma budəfəki sərsəmləməsi heç bir dəftər-kitaba sığmır...
Bu zat həddini gör nə dərəcədə aşıb ki, İlham Əliyevin Xankəndində səs verməsini öz aləmində qeyri-legitim kimi qələmə verib. Bunu da onunla “əsaslandırıb” ki, Azərbaycan Prezidenti həmin şəhərdə nə vaxtsa qeydiyyatda olmayıb. Məntiqinə donuz kəsərik.
Əvvəla, Azərbaycanın vətəndaşının ölkənin istənilən yerində səs vermə hüququ var. Qanuni prosedur bəlli. 7 fevralda da minlərlə vətəndaşımız qeydiyyatda olduğu ünvanda, kənddə, şəhərdə deyil, başqa məkanda, hətta Azərbaycanın xaricində, səfirliklərdə səs verib. Burda qeyr-adi bir şey də yox. Normal ölkələrdə seçki günü rast gəlinən bir praktika.
Axmaq adam, Xankəndi 100 il öncə də Azərbaycan torpağı olub, 36 il qabaq separatçı hərəkat başlayanda da. Adı üstündə - Xanın şəhəri. Nə çərənləyirsən? Hər şey qırağa, indi bu, daxili işlərimizə qarışmaq, ərazi iddiası deyilsə, nədir? Azərbaycandakı seçkilərin sizə nə dəxli? Belə ikili oyunlarınız, xəstə təfəkkürdən doğan yanaşma və hoqqabazlıqlarınız nə vaxt bitəcək?..
Sonra. Marukyan utanmazcasına Azərbaycanı yenə etnik təmizləmədə, hətta “stepanakert” adını qanunsuz dəyişməkdə suçlayıb. “Bütün beynəlxalq qanunlara, o cümlədən Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə görə, yerli əhalinin qərarı olmadan adlar dəyişdirilə bilməz”, - X sosial şəbəkəsində yazıb.
Hansı beynəlxalq qanunlar və hansı Avropa Şurası qarşısında götürülən öhdəliklər? Beynəlxalq qanunlar işğalçı kimi başınız əziləndən sonramı yadınıza düşdü? Hələ onu demirik ki, Ermənistan adlı qədim Türk yurdunda sovet dönəmində yüzlərlə kənd və şəhərimizin, çay və göllərimizin adını dəyişdirib eybəcərləşdirmisiniz. Yeli əhalidən icazə almışdınızmı?
Qarabağdakı “yerli ermənilər”ə gəlincə, onların hüququ, haqqı, izni var idimi ki, Azərbaycan əleyhinə dağıdıcı separatçılıqla məşğul olsunlar, dövlət içində dövlət yaradıb aborigen xalqa qarşı görünməmiş vəhşiliklər, bəşəri cinayətlər, etnik təmizləmələr, soyqırımları törətsinlər? Erməni sakinlərin Qarabağda qalıb qanunlarımızla, dinc şəraitdə, digər milli azlıqlar kimi yaşamasına görəsən nə mane olurdu?
İt kimi mırıldayan Marukyanın bu suallara cavabları varmı?..
Yalançının yaddaşı olmaz. “Stepanakert” təzədən Xankəndi olanda (1991) Azərbaycan Avropa Şurasının üzvü deyildi. Özü də şəhərin adı dəyişdiriılməyib, tarixi adı bərpa edilib. Hamı bilir ki, 1923-cü ilə qədərki xəritələrdə o, elə Xankəndi olub. Nə qədər gözə kül atmaq olar? Bəlkə arada öz saxta, uydurma tarixinizə deyil,- hansı ki, bütün bədbəxtliklərinizin kökündə durur, - mötəbər, neytral mənbələrə də baxasınız.
Tarixi arayış: “Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa müddət sonra isə Xankəndi adını alır. Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daim Azərbaycanın ümumrespublika resurslarından böyük dəstək verilir...”
Bəzən adama elə gəlir ki, Marukyan özünün yox, “şefi” Paşinyanın adından danışır. Niyə də olmasın. Bu çaqqal axı sıradan biri deyil, rəsmi şəxsdir. Əgər onun sərsəmləmələrinə hakimiyyətdən heç kim etiraz bildirmirsə, demək, belədir ki, var. Susqunluq razılıq əlamətidir. Nə yazıq ki, onlar abırlarına kor olub susmaq əvəzinə, bu cür susurlar.
Heç olmasa, etnik təmizləmədən, beynəlxalq qanunlardan siz – hay tayfası dəm vurmayın. Mumlayın. Ən azı, 100 il! Əgər ona kimi, əlbəttə, Qafqazda “toxumunuz” qalacaqsa...
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ