Onlayn ictimai-siyasi qəzet
Ötən gecə “Qarabağ”ımız avropalı hakimin kobud səhvləri üzündən artıq neçənci dəfə uduzdurularaq yarı yolda qoyuldu. Qərb (xristian) dünyasında “daşımız”ın nə qədər ağır olduğuna şəkk-şübhə qalmadı.
Bir daha əmin olduq ki, əgər Azərbaycan adına ciddi uğur, qələbə qazanmaq istəyiriksə, bu qələbə misli ilə, əzici olmalıdır ki, hər cür cığallığa, haqsızlığa rəğmən, yekunda de-fakto əldən getməsin, hamı onunla barışmaq zorunda qalsın. 44 günlük Vətən savaşındakı Zəfərimiz kimi...
Başqa sözlə, öz arxasında Qərb (xristian) çevrələrini hiss edən bir düşmənin, rəqibin üzərində nisbi üstünlüyə arxayın olmamalıyıq. Çünki bu, hələ heç nə demək deyil, hətta təhlükəlidir. Yalnız ƏZİCİ uğur, ƏZİCİ üstünlük! Bütün sferalarda, hər yerdə.
Necə ki, işğalçı ölkə üzərində qələbəmizi ermənilərin xristian havadarları bugünədək “həzm edə” bilmirlər. Amma çətin də olsa, prosesi irəli aparırıq. Yedizdiririk. Yedizdirəcəyik. “Qarabağ” da elə...
Söz düşmüşkən, “Qarabağ”ın zərrəcə haqq eləmədiyi məğlubiyyətdən cəmi bir gün qabaq – martın 13-də Qərbin əsas şeytan yuvası rolunu oynayan Avropa Parlamenti Azərbaycan əleyhinə, Qarabağla bağlı növbəti həyasız və şər-böhtan dolu qətnamə qəbul eləmişdi. Əslində bu, Almaniyadakı dünənki oyunun əsas hakiminə bir “xeyir-dua”, “stimul” idi. Yəni “özün bilirsən kimin tərəfini tutmalısan”.
“Xeyir-dua”ya bəlkə heç lüzum da yox. Acı gerçəklik budur ki, idman meydanlarında, futbol yarışlarında tərəflərdən birini Azərbaycanın və ya hansısa başqa türk ölkəsinin komandası, digərini xristian ölkəni təmsil edirsə, xristian arbitrin simpatiyası artıq bəri başdan, aşağı-yuxarı məlumdur.
Ona görə “Qarabağ”ın Avropa Liqasında oyunlarına qeyri-xristian birisi hakimlik eləsə, qat-qat müstəhəb olar. Misal üçün, yapon və ya çinli arbitr. Başqa çarə qalmayıb...
Məsələ də ondadır ki, bizə nəinki böyük siyasətdə, diplomatiyada, elə incəsənətdə (Fransada Natəvanın heykəlinə qarşı vandallıq) və idmanda da rəqib kimi yox, düşmən kimi baxırlar. Qərbi, onun çürük “dəyərlər” sistemini Avropa Parlamenti təmsil edirsə, avropalı hakimdən hansı ədaləti umuruq? Özü də Qarabağ adlı komandaya qarşı. Apaydındır ki, illah da 2020-nin noyabrından sonra “Qoca qitə”də “Qarabağ” sözü xüsusilə qıcıq yaradır. Adı üstündə...
Kimsə indi iddia edə bilər ki, dünən meydanda “idman xoşbəxtliyi” “Bayer”in tərəfində idi, o səbəbdən almanlar oyunu apardılar. Xeyr. Bu qədər təsadüf olmur, ola bilməz! Bir dəfə də “Qarabağ”ın bəxti gətirsin də. Söhbət futbol komandamızın timsalında ümumən Azərbaycana qarşı sistemli, total və çirkin münasibətin qabarıq təzahüründən gedir.
Bu həmçinin qələbəyə bərabər məğlubiyyət sayılmaz. Zira, ədalətli yarış deyildi, hakimi obyektiv deyildi. Sırf Azərbaycana qarşı növbəti haqsızlıq və mənəviyyatsızlıq idi. Belə sonluqda Avropadakı varlı erməni lobbisinin də əli olmamış deyil...
Odur ki, olduqca qəliz dönəmə girmiş dünyamızda işimizi möhkəm tutmalıyıq. Bütün sahələrdə, bütün beynəlxalq meydançalar və platformalarda.
Unutmayaq, Qarabağ zəfərinə görə 2020-ci ilin noyabrından sonra Azərbaycana qarşı Qərbdə çoxşaxəli, son dərəcə məkrli və genişmiqyaslı qaralama və iftira kampaniyası başlayıb...
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ