İnsanlara hürriyət, millətlərə istiqlal!

Hücum etməmək haqda pakt, yoxsa revanş üçün vaxt? – İrəvanın YENİ HİYLƏSİ

Gözünüz aydın, “erməni xəstəliyi” yenə “residiv” verib. Sən demə, 44 günlük müharibədə məğlubiyyətə uğrayan, 11 min fərarisi olan, savaşın sonuna yaxın Xankəndi yaxınlığında 25 min əsgəri mühasirəyə düşən ordu ermənilərin deyilmiş. Yadplanetlilər-zadlar imiş bizimlə vuruşan.

Keçək konkretliyə.

Dünən qonşu ölkədə üzdəniraq “ordu günü” idi. Yenə radikal-revanşist ünsürlər, separatçı tör-töküntüləri, məğlub generallar, çaqqal-çuqqallar səs-səsə, ağız-ağıza vermişdilər. Tarixdə olmayan “erməni qəhrəmanlıqları”, “böyük ermənistan” haqda miflər uydurub özlərinə maniakalcasına təskinlik verirdilər. Havanı silkələyir, Azərbaycan tərəfə, ordumuza dil uzadırdılar. İnsanlıq adına ləkə olan mənfur soylarına tərif yağdırmaq üçün yarışa girmişdilər. Sırtıqcasına “erməni xalqı müharibəni uduzmayıb, Paşinyan hakimiyyəti uduzub” deyə boğaz cırırdılar.

İşə bax, 30 il torpaqlarımızı işğal altında saxlayan “məğlubedilməz erməni ordusu” idi, amma başı əziləndə oldu Paşinyan ordusu! Paşinyanın ayrıca silahlı qüvvələri varmış. Hələ belə saxtakar, anlaqsız və əxlaqsız tayfa yer üzünə gəlməyib...

Əlbəttə, bütün bu sayıqlamaların üstündən “qələbənin şəriki çox olur, məğlubiyyət isə həmişə yiyəsizdir” deyib keçmək də olardı. Amma və lakin olmaz. Lap elə “az aşın duzu olmayan” Nikol Paşinyanın özü. Dünən o, “ordu günü” Azərbaycana hücum etməmək haqda pakt imzalamağı təklif edib. Sitat belədir: “Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini tətbiqini təklif etmişik. Həmçinin sülh müqaviləsinin imzalanması gözlənildiyindən daha uzun çəkərsə, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub”.

Di gəl, eyni çıxışında Nikol bildirdi ki, Ermənistan başqa ölkələrlə müasir silahlar almaq üçün milyardlarla dollar (!) dəyərində müqavilələr imzalayıb, hökumət ölkənin hərbi-sənaye kompleksi üçün “misli görünməmiş sifarişlər verib”. Xeyir ola, nəyinizə lazım bu silahlar? Bu nədir - nonsens?

Xeyr. Sadəcə, “quyruqlarını qapı arasından” çıxarmaq və revanş üçün vaxt udmaq istəyi. Müqayisə qüsurlu olsa da, xatırlatmağın yeri var: Hitler Almaniyası da hücum etməmək barədə SSRİ ilə pakt imzalamışdı...

Bunlar hamısı bizə növbəti, apaydın siqnallardır ki, heç vaxt sərvaxtlığımızı itirməyək. Prezident İlham Əliyevin ayın əvvəlində haqlı olaraq vurğuladığı kimi, qələbəni istismar edib arxayınlaşmayaq. Fil qulağında yatmayaq. Qonşuluqda nə dərəcədə nanəcib, hiyləgər və yalançı bir tayfanın yaşadığını və üstəgəl, onun xristian Qərbdəki himayədarlarını bir an belə unutmayaq.

Onu da unutmayaq ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə ərazi iddiaları qalır. Haylar ondan, “miatsum” avantürasından asanca imtina etməyə hazırlaşmırlar. Qonşu ölkədə son vaxtlar qalxan siyasi tozanaq bunun bariz sübutudur. Ona görə ki, revanşizm ermənilərin əksəriyyətinin qanındadır. Xislətləri çətin dəyişə. Hücum etməmək haqda pakt da İrəvana nəfəs dərib toparlanmaqdan ötrü lazımdır - ta ki, yeni işğalçı ordu quranadək...

Azərbaycan üçün isə qat-qat önəmlisi kapitulyant ölkənin öz konstitusiyasını beynəlxalq hüquqa, üzvü olduğu BMT-nin Nizamnaməsinə uyğunlaşdırması və sülh müqaviləsi imzalamasıdır. Yeri gəlmişkən, həmin müqavilədə Bakının 5 məlum prinsipindən birinin - gələcəkdə qarşılıqlı ərazi iddiası olmamaq barədə bənd də nəzərdə tutulur. Bu da elə bir-birinə hücum etməmək öhdəliyidir.

Odur ki, Nikol Vovayeviç boşuna həyəcanlanmasın. Gözə kül üfürməsin. Əgər həqiqətən o, Azərbaycan tərəfdən arxayın olmaq istəyirsə, sülh sənədinin imzalanmasını tezləşdirsin. Bakının ədalətli təklifinə qarşı üç ildir apardığı “ötür-ötür” oyununa son qoysun. Azərbaycanın yolladığı son varianta nə qədər düzəliş edib geri qaytarmaq olar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024