Onlayn ictimai-siyasi qəzet
İlk yayım saatı: 04.06.2025 14:04
Gözlənilən idi. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən üçtərəfli sammitdən ən çox təlaşlanan ölkələrdən biri Hindistan və onun yerli müsəlman əhaliyə zülm eləməkdən az qala, həzz alan irqçi Narendra Modi hökuməti oldu.
Nyu-Dehlinin reaksiyası isterik xarakterlidir və davam etməkdədir. Sanki Bakı, Ankara və İslamabadın tək məqsədi Hindistanı dövlət kimi yer üzündə silməkdir. Halbuki üçlü ittifaqın hədəfləri bambaşqadır və daha çox müdafiə xarakterlidir. Ən əsası, üç dost və qardaş dövlət beynəlxalq hüququn, haqq-ədalətin diktəsindən doğan bir kursu tərcih edir – Hindistandan və onun Qafqazdakı yeni əlaltısı Ermənistandan fərqli olaraq...
Laçın sammitinə gəlincə, diqqətçəkicidir ki, Hindistanın aparıcı nəşrləri həmin görüşü “anti-hind müttəfiqliyi” kimi damğalamaqdadır. Sən demə, Bakı-Ankara-İslamabad üçlüyünün xarici siyasət kursunda tək məqsəd Hindistanı hədəf götürmək imiş. Bu xüsusda adı çəkilən ölkənin aparıcı media resursları başından yekə iddialarda bulanaraq, öz arzusunu gerçək kimi qələmə verməkdədir.
Məsələn, onlardan biri pafoslu şəkildə və hədələyici tonda manşetə bu cümləni çıxarıb: “Hindistan bir güllə belə atmadan Azərbaycanı məhv etməyə hazırlaşır” (?! – red.). Ardınca da qeyd edilir: “Türkiyə, Azərbaycan və Pakistan arasında Hindistana qarşı strateji müttəfiqlik yaradılır... Azərbaycan Dağlıq Qarabağda Ermənistanla münaqişədədir. Əgər Hindistan İrəvana kömək etsə, demək, Azərbaycanı silahsız-zadsız məhv edəcək” (Minval.az).
Fil qulağında yatıblar əməllicə (Hindistan deyəndə yada həm də fil düşür). Görəsən öz yazdıqlarına özləri inanır? Hər şey qırağa, Hindistanın Ermənistana verdiyi bir çox silah sistemlərini Pakistan ayarım qabaq sərhəd döyüşləri zamanı metalloma çevirib. Yəni onlar sınaqdan üzüqara çıxıb. Hansı hərbi-texniki üstünlüyə ümid edirlər?..
İkincisi, Azərbaycanın Qarabağda Ermənistanla heç bir konflikti-zad yoxdur. Bu münaqişə 5 ildir tarixdə qalıb. Üstəlik, İrəvan ATƏT-in üzdəniraq Minsk Qrupunun ləğvinə də etiraz eləmir və sülh müqaviləsi üçün faktiki yalvarır. Qısası, Ermənistan öz hayındadır, vuruşacaq hayda yox.
Odur ki, yaxşı olar, uzaq Hindistan da öz başının hayına qalsın, onun aparıcı media qurumları və siyasiləri isə gözlərini, qulaqlarını yaxşı açsınlar. Bizə qarşı xam xəyallarla yaşayıb, “Azərbaycanı məhv etmək” kimi absurd və axmaq planlar qurmasınlar. Azərbaycan asan udulacaq “tikə” deyil, olmayıb. Bunu dəfələrlə isbat edib. Ruslardan soruşa bilərlər...
Bu yerdə yada salaq ki, az öncə eyni aqressiv tonda Hindistandan Azərbaycan və Türkiyəyə turist qadağası ilə bağlı çağırışlar və qərarlar olmuşdu. Hətta elmi-mədəni, o sırada tələbə mübadiləni dayandırmaq təklifləri səsləndirmişdi.
Ancaq islamofob və türkofob Modi hökuməti anlamalıdır ki, bu qəbil demarşlarla, “stəkanda fırtına” yaratmaqla heç kimə “xox” gələ bilməz. Bunlar boşuna səylərdir və əsla Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyinə, sarsılmaz qardaşlığımıza xələl gətirməyəcək. Niyə?
Çünki üçlü birlik çox möhkəm təməl üzərində qurulub və konkret liderlərdən çox az asılıdır. Bu - üç xalqlın dünyada bənzəri olmayan və tarixdən qaynaqlanan son dərəcə təbii ittifaqı. Onu 5-6 hindli turistə Azərbaycan və Türkiyə qadağası qoymaqla zəiflətmək istəyi xülyadır...
Ən rasional yol Hindistanın dağıdıcı yox, qurucu yol tutması, özünün yeni və geydirmə müttəfiqi Ermənistana da bunu təlqin eləməsidir, nəinki onu silahlandırması. O silahların son “mənzili” Bakıdakı Qənimətlər Parkı olacaq. Buna Nyu-Dehli də, İrəvan da gərək şəkk eləməsin.
Güney Qafqazda Azərbaycanın iradəsindən kənar heç bir kənar dövlət kim yerləşə bilməz, o ki ola regiona meydan oxuya. İllah da bölgəyə heç bir dəxli olmayan, özünü “qlobal oyunçu” kimi dünyaya uğursuzcasına sırımağa çalışan Modi Hindistanı...
Kəşmir Pakistandır və nida işarəsi!
04 Iyun 2025
03 Iyun 2025
02 Iyun 2025
30 May 2025
28 May 2025
26 May 2025
23 May 2025
19 May 2025
17 May 2025
16 May 2025
13 May 2025
09 May 2025
07 May 2025
02 May 2025
26 Aprel 2025
19 Aprel 2025
14 Aprel 2025
07 Aprel 2025
01 Aprel 2025
24 Mart 2025
17 Mart 2025
14 Mart 2025
12 Mart 2025
07 Mart 2025
05 Mart 2025
28 Fevral 2025
26 Fevral 2025
25 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ