İnsanlara hürriyət, millətlərə istiqlal!

Heykəllə döyüşən dövlət - Fransanın Bakıya qarşı 51-ci maddə rəzaləti

Özünü az qala qədim sivilizasiyanın “beşiyi” sayan Fransa indi də yad mədəniyyətlə mübarizəyə girişib. Xurşudbanu Natəvanın Evian-le Bən şəhərindəki heykəlinə dövlət səviyyəsində ikrahedici münasibəti deyirik. Təəssüf ki, bu vandalist davranışa ölkənin sivil ictimaiyyətinin təpkisi gözə dəymədi.

Bu harasıdır, götürülməsi qərara alınan heykələ qarşı barbarlıq aktı törədilib - üzərinə qırmızı boya atılıb. Cinayətkarlar isə tapılaraq cəzalandırılmayıb. Bu da sizə hüquqi dövlət. Halbuki söhbət əslində heykələ yox, Azərbaycan mədəniyyətinə boya atmaqdan, Azərbaycan xalqına sayğısızlıqdan gedir.

851a1e3c-14fa-4741-8e64-6a97fc810008.jpg (269 KB)

Bu Makron Fransasının bizə məlum münasibətinin növbəti konkret təzahürüdür. Ərazi bütövlüyümüz və suverenliyimizə qarşı hədyanlar azmış kimi, meşşancasına mədəniyyət və incəsənət sahəsinə keçiblər. O sırada adı çəkilən şəhərdə “Azərbaycan parkı” ilə bağlı istinadlar silinib, lövhələr götürülüb. Eyib etməz, heykəli də yığışdırsınlar. Gətirib Bakıdakı Fransa səfirliyinin önündə bir yerdə qoyarıq – soyqırımı vəhşilikləri üzrə “rekordsmen” olan firənglərin növbəti rəzalətinin sübutu və simvolu kimi!..

Ərazi bütövlüyü və suverenlikdən söz düşmüşkən, rəsmi Parisin “ikili standart siyasəti”nə dəlalət edən daha bir fakt. Dünən Fransa Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Belqoroda endirdiyi hava zərbələrini qanuni adlandırıb və hücumu pisləməkdən vaz keçib. XİN 25 nəfərin ölümünə səbəb olan raket zərbələrini sırf özünümüdafiə kimi qiymətləndirib. “BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Kiyev qanuni müdafiə hüququndan istifadə edib”, - açıqlamada vurğulanır.

Xatırladaq ki, Belqorod Ukrayna sərhədi yaxınlığında Rusiya şəhərdir. Şübhəsiz, ərazisinin 20 faizi işğala məruz qalan Ukraynanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ var. Azərbaycanın kimi. Bəs nədən rəsmi Paris BMT üzvü olan ölkəmizə eyni haqqı tanımır və hələ də həyasızcasına “arsax”a qarşı təcavüzdən dəm vurur? Bir ölkə özü özünə təcavüz edə bilərmi?..

Sonra. Fransa yeganə dövlətdir ki, onun parlamenti 44 günlük müharibədən dərhal sonra Qarabağdakı oyuncaq qurumu dövlət kimi tanıyıb. Qalırdı bircə “böyük bacı” Makronun imzası. Heç Ermənistan bu qələti eləməyib.

Yaxud “Beşinci respublika”nın ötən il Azərbaycan əleyhinə apardığı və iflas olan “blokada” şousu, TIR tamaşası. Və belə bir ifritə, fitnə-fəsad yayan dövlət uzun illər Minsk Qrupunun üç həmsədrindən biri kimi Qarabağ məsələsində guya vasitəçi olub. Gör kimdən ədalət umurmuşuq! İlana ocağımızın başında əməllicə yer edibmişik...

Ötə yandan, Azərbaycan nə birinci, nə də ikinci Qarabağ savaşları zamanı Ermənistanın yaşayış məntəqələrinə bir güllə belə atmayıb. Heç kimin suveren ərazisinə girməyib. Amma dünya yenə əksinə şahidlik elədi: dinc şəhərlərimiz raket atəşinə tutuldu, uşaqlar, körpələr daxil, mülki insanlarımız qətlə yetirildi. Di gəl, bu dəfə də xristian Qərbdən səs çıxmadı.

Bütün bunlara kor olub da Ukraynanın Rusiya ərazisinə zərbəsinə haqq qazandıran Fransa ana südü qədər halal haqqımızı niyə danır görəsən? Ona görə ki, biz türk-müsəlman ölkəsiyik? Belə seçici yanaşmanın adı nə?

Əlbəttə, ikiüzlülük, siyasi riyakarlıq, düşmənçilik...

Və sonda. Yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasında sədrlik Fransaya keçib. Artıq heykəllərlə mübarizəyə başlayan bir dövlət yəqin ki, bunu Bakıya pislik üçün əlavə fürsət biləcək. Olsun. Biz öyrəncəliyik. “Qozbeli qəbir düzəldər”. Qoy əlindən gələni beş qaba çəksin. Bir həmlə də eləsin. Amma nəticə 2023-dəkindən fərqlənməyəcək. Yamanlıq həmişəki kimi, özünə qalacaq. Çünki istənilən düz əyrini kəsər. Bir az gec, ya bir az tez. Şərin Xeyir üzərində qələbəsi uzaqbaşı keçici ola bilər, mütləq qələbə mümkünsüz...

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024