İnsanlara hürriyət, millətlərə istiqlal!

Hanı, bəs Qarabağda ayaqyalın konsert verəcəkdiniz?

 

Həmkarım Aygün Muradxanlı dünən müğənni adaşı Aygün Kazımova haqqında bir status paylaşıb, adam istəyir ki, bu, düz söhbət olmasın, təkzib olunsun.

Statusun duzlu hissəsini ixtisar etsək, yerdə qalanı belədir: “Aygün Kazımovaya deyiblər, Qarabağda yurda dönənlər üçün yeni il keçiririk, sən də gəl, deyib, 45 min özümə, 75 səhnə dekoru-işıq, 85 min də heyətimə”.

Belə şey ola bilərmi? Əlbəttə, Aygün Muradxanlı yazıbsa, şəkk etmək mümkün deyil. O, belə şeyləri həmişə yazır, başı bəlaya girir, amma sonra anlaşılır ki, yalan yazmayıb. Jurnalistə bu məsələni təşkilatçılardan, yəni müğənni Aygünü Qarabağa dəvət etmək istəyənlərdən biri deyib. Deyib və belə bir cavab alıb.

Belə baxanda, bu, fantastik qiymətdir, toplamda 205 min manat edir. Hansı dövlət qurumu yeni-yeni bərpa olunan yurd yerində bir şənlikdə oxumaq üçün müğənniyə 205 min verər? Oralarda 205 minin 205 dərdi var.

Hələ ona da baxaq ki, bu 5 min haradan çıxıb? Prinsipcə, müğənni birdəfəlik yuvarlaq rəqəm – 200 min tələb etməliydi. Güman etmək olar ki, o, bu 5 mini bazarlıq etmək, minnət qoymaq üçün nəzərdə tutub: “Yaxşı, sizə endirim edərək, köçkün olduqları üçün 5 min keçərəm”.

Bu, işin zarafat tərəfidir, amma xalq artistinin belə bir qonorar tələb etməsi gerçəkdən absurddur.

A.Kazımova ya hansı ölkədə yaşadığını unudub, ya da hesab edir ki, insaların pul kəsən maşını var. Unudubsa, biri ona desin ki, bura Brodvey deyil, sən də Beyons, Şakira, Rihanna deyilsən. Heç Hadisə və ya Sibel Can da vətən, xalq söhbəti olan yerdə 200 min adı tutmazdılar.

Dünənə qədər televiziya ekranlarında “əhd etmişəm, torpaqlar alınsın, Cıdır düzündə ayaqyalın oynayacam”, “Arzu edirəm ki, gələn il bu vaxt işğaldan azad olunan torpaqlarda əsgərlərimiz, camaatımız qarşısında yeddi gün konsert verək” deyənlər bunlar deyildimi?

Bu söhbəti təkrar edə-edə çürüyünü çıxarıb, lətifəyə döndərmişdilər, hamısı “işğaldan azad olunan torpaqlar” üçün necə fədakarlıqlar edəcəklərini deyir, tamaşaçılar qarşısında ucuz xal toplayırdılar. İnsanlar onlara baxır, “halal olsun, necə vətənpərvərdirlər” deyirdi. Əyninə bayraqlarımızın rənglərindən ibarət əlbisə, hərbi mundir geyənlər vardı, öz aləmlərində gəncləri hərbi-vətənpərvərlik ruhuna kökləyirdilər.

aybay.jpg (23 KB)

Nə oldu bəs? İş real xidmətə gələndə “200 min verin, gəlim”, hə?

O gün bu üzdə olan “ulduz” müğənnilərə dair bir preyskurant da açıqlanmışdı. Guya Aygün və Röya şənliklərdə yarım saatlıq ifa üçün 50 min manat tələb edirlər. O birilərin də adının qarşısında 10 min, 20 min, 30 min yazılmışdı. İçlərində eləsi vardı ki, gəlib adamların eyvanının altında fonoqramsız oxusa, pərdəni çəkər, o səmtə baxmazlar. O da özünü o dairəyə saldırıb, qiymət qoydurmuşdu.

Bu, özünə məzənnə kəsməkdir. Bu ölkədə onlara o pulu verəcək adamlar ya bir olar, ya iki. Onlar da kimlərləsə bəhsləşdikləri üçün verərlər. Gedib Türkiyədən Ebru Gündəşi gətirər, ona üçqat artıq qonorar ödəyərlər, amma adları çəkilənlərin yarım saat disk oxutmasına o qədər pul verməzlər.

Əsas məsələ heç bu müğənnilərin toyda-şənlikdə 10-15 il əvvəl yazdırdıqları mahnıları səsləndirib, ağızlarını açıb-yumub, özlərini oxuyurmuş kimi göstərmələri deyil, əsas məsələ odur ki, onlar xalqa qiymət oxuyurlar, “məni öz məclislərində görmək istəyirlərsə, canları çıxsın, çox pul ödəsinlər” ədası sərgiləyirlər.

Günah, əlbəttə ki, bu “ulduz”ları öz bağrından qoparıb göylərə qaldıranlardadır. Onlara layiq olduqlarından qat-qat artıq hörmət qoya-qoya, qonorar ödəyə-ödəyə bu mərtəbəyə çıxarıblar. Onlar da özlərini bir şey zənn edirlər, elə bilirlər ki, Altay dağlarını bunlar yaradıblar.

İstənilən mədəni, qanunun aliliyinə hörmət qoyulan ölkədə bu cür ərşlə-gürşlə əlləşən, özünün toya çox baha qiymətə getdiyini açıqlayan şəxsi ortalığa çəkir, deklarasiya və vergi tələb edirlər. Deyirlər, bir halda ki, ayda azı 20 toya gedir və hərəsindən 50 min manat alırsan, demək, ayda 1 milyon qazanırsan, gəl, vergini ödə.

Bax, elə olsa, bunlar da öz qınlarına qayıdar və “ayda 3-5 min manat zorla qazanırıq” deyib and içərlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024