Onlayn ictimai-siyasi qəzet
Təzəlikcə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar elədi. Əslində hadisənin intihar olması da hələlik tam məlum deyil, çünki ortada şayiələr dolaşır. Biri deyir hakimin intihar üçün heç bir səbəbi yox idi, başqası yazır ki, hakim sağalmaz xəstəliyə düçar olmuşdu, üçüncüsü hətta onu balkondan itələyib yıxdıqları ehtimalını səsləndirir. Sosial şəbəkələrdə qəribə, əcaib paylaşımlar varmış, məsələn, kimlərsə hakimin fotosunu və hadisəni şairin “Cahanda hər hökmü bir zaman verir, Dünən fərman verən, bu gün can verir” (Səməd Vurğun) beytinin müşayiəti ilə paylaşırmış.
Vurğunu (bu dəfə Səməd Vurğunu yox) dini-mistik istiqamətə yönəldənlər də oldu. Guya günah eləsən axırın yaxşı olmur və sairə.
Cəmiyyətin əhvalata diqqəti anlaşılandır. Hər gün hakim itirmirik, üstəlik, ağır cinayətlərə baxan hakim öləndə versiyalar çoxalmalıdır. Allah bilir adam özü həyatı boyu neçə qətl, zorakılıq, ölüm-itim işlərini araşdırmışdı.
Bax, mənə elə gəlir hakimin ölüm səbəbləri həm də statistikada - baxdığı işlərin sayında gizlənir. Dünən xəbərlərdə oxudum: “İntihar edən hakimin icraatında 84 cinayət işi olub. O, intihar etməmişdən əvvəl sentyabrın 4-nə 15, sentyabrın 7-nə 10, sentyabrın 11-nə 17, sentyabrın 14-nə 7, sentyabrın 18-nə 8, sentyabrın 21-nə 8, sentyabrın 25-nə 2, sentyabrın 28-nə 3, noyabrın 2-nə 6, noyabrın 5-nə isə 1 cinayət işi üzrə məhkəmə iclası təyin edib”. Sitatın sonu.
Kimə bu qədər cinayət işi yükləsən ölər. Sivil ölkələrdə belə statistika olmur.
Azacıq analiz etsək, hakimin ən çox iş təyin elədiyi günlərin 4 (15), 11 (17) və 18 (8) sentyabr tarixləri olduğu gözə çarpır. Bu nə deməkdir? Sadəcə, həmin günlər həftənin birinci günüdür. Yəqin qalan günlər bir az başını dincə qoymaq üçün hakimlərimiz cinayət işlərini topdan şəkildə, “ştampovka” üsuluyla birinci günə salırlar. Əks halda, kimsə mənə sübut eləsin ki, bir hakim bir iş günündə 17 cinayət işinə (özü də ağırından!) necə ədalətli, obyektiv baxa bilər, araşdıra bilər?!
Heç kənd yerində bir kəndli bir gündə, yalan olmasın, 17 banka qatıq çala bilmir, sən isə 17 işə baxıb, azı 17 adamın taleyini həll edirsən. Azərbaycanda insan taleyi qatıq bankası qədər əhəmiyyət daşımırmı?
Məhkəmə-hüquq islahatlarından danışanda, növbəti dəfə bu yöndə bərbəzəkli tədbir, konfrans, simpozium, nə bilim, musiqi yarışması təşkil edəndə yuxarıdakı statistikanı da müzakirəyə çıxartsınlar, bəlkə xeyri oldu. Ən azı hakimlər intihar eləməz.
Ölmüş hakimin baxdığı cinayətlərin xarakteri, tipi də maraq doğurur. 2 icraatda rüşvət verməyə təhrik etmə, 4 icraatda dələduzluq, 2 icraatda mənimsəmə, 1 icraatda qətl, 5 icraatda isə qəsdən sağlamlığa xəsarət yetirməni araşdıracaqmış. Qalan cinayətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıymış.
Belə çıxır, hakim narkotiklə bağlı 70 işə baxmalıymış. (84-(2+4+2+1+5)=70). Sanki o, bu istiqamətdə ixtisaslaşıbmış. Bəlkə onu narkomafiya öldürüb?
Ancaq mən şübhə etmirəm ki, bu dəqiqə ağır cinayətlərin hər hakiminin icraatında azı 70-80 narkotik işi var. Heç araşdırmadan, konveyer üsulu ilə hökm kəsir, tale həll edirlər. Narkotik cinayətləri üzrə hansısa hüquqi islahatların zəruriliyi belə faktlardan da görünür.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizin icraatınızda neçə adam var?
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ