İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın qaldıra bilməyəcəyi “yük” – Daşımız o qədər ağırdır ki...

Hikkəsi yerə-göyə sığmayan kapitulyant ölkə bayrağımızı yandırmağa görə layiqli cəzasını aldı. Ağır atletika üzrə dünya çempionatı artıq bu ölkədə deyil, Bəhreyndə keçiriləcək. Hərgah, məsələ faktiki hayların xeyrinə həll olunmuş kimi idi – bəzi texniki detallardan savayı.

Arzuları gözlərində qaldı. Türkə aşırı nifrət növbəti dəfə öz başlarında çatladı. Zamanında yazmışdıq: bayraq yandırmaqla Ermənistan əslində, özünü yandırıb. Elə də oldu: qaldırmaq istədikləri “yük”ün altında qaldılar. “Daşımız” yenə ağır oldu...

Haqq nazilər üzülməz. Əlbəttə, belə mötəbər idman yarışları sırf mədəni, müasir, tolerant dövlətlərə və xalqlara yaraşır. İrqçiliyi öz cəmiyyətinin qanına, iliyinə hopmuş Ermənistan kimi faşist, monoetnik, kəmfürsət ölkələrə yox!

Amma çətin ki, son “qulaqburması” da mənfur qonşulara dərs olsun. Əks halda, girov saxladıqları, az öncə işgəncə verib ləyaqətini alçaltdıqları əsgərimizi bir neçə gün qabaq İrəvandakı “məhkəmə” zalına təzədən alçaldılmış şəkildə, qatı residivist kimi gətirməzdilər...

Bədbəxtlər. Daha xəbərləri yoxdur ki, bununla sadəcə, öz murdar xislətlərini bir daha dünyaya göstərirlər. Çoxluqda olanda əjdahaya dönmək, azlıqda ikən fağır, məsum görkəmi almaq bu hiyləgər tayfanın genindədir. Bilməyən varmı?

Azərbaycan isə gerçək erməni diversantları ilə necə davrandı, onları necə mühakimə elədi, - bu da məlum Hələ utanmazcasına özlərini dünyanın “ən qədim”, “ən mədəni”, “xristianlığı ilk qəbul edən” xalqı adlandırırlar.

Untitled (19).jpg (82 KB)

Hanı bəs? Harada qaldı bu “qədimlik”, “alicənablıq”, “mədənilik”, xristian dəyərləri? Niyə onları əsrlərdir hay tayfasından başqa heç kim görə bilmir? Yalnız vəhşilik, vandallıq nümunələrinə şahidlik edirik.

Hətta 44 günlük müharibədə haqq elədikləri “dəmir qapaz”dan, “polad şillə”dən sonra da düzəlmək, qonşuları zinhara gətirmiş axmaq vərdişlərdən, saxta və yalançı tarixdən, Türkə heyvani nifrətdən qurtulmaq istəmirlər. Yaramaz xislətləri, eqoizmləri üzündən nə düz-əməlli beynəlxalq idman yarışı təşkil edə bilirlər, nə də normal məhkəmə prosesi...

Belə görünür, ermənilərin öz-özünə düzəlməsi qara Qiyamətə qaldı. Gərək mütləq təpələrindən vaxtaşırı qapaz yesinlər ki, bəlkə ağıllanalar...

Untitled (18).jpg (85 KB)

Diqqət edin, şərəfsiz birisinin arxayın şəkildə, ölkə rəhbəri Nikol Paşinyanın gözü önündə həyata keçirdiyi bayraq yandırma rəzalətindən cəmi 10 gün sonra – aprelin 25-də İrəvanda ötən əsrin əvvəllərində Türkiyə və Azərbaycan dövlət xadimlərini qətlə yetirmiş erməni terrorçulara “Nemezis” abidəsi ucaltdılar. “Mötədil”, “demokrat” Paşinyan dönəmində!

Untitled (20).jpg (106 KB)

Xocalı hərbi canisi Serj Sərkisyanın xunta rejimi zamanı isə başqa bir faşist cəlladı və Türk düşməninə, “Sonuncu Türk kar, kor, lal da olsa öldürülməlidir!” deyən Qaregin Njdeyə bu qədim Türk şəhərində heykəl qoymuşdular. Həmçinin Osmanlı dövlətinin sonuncu baş naziri olmuş Tələt Paşanın qatili Soqomon Teyleryan ad-soyadlı ikiayaqlı məxluqa Şirakda ucaldılan və yalnız vandal erməninin ağlına gələn əcaib abidə.

Sadalananların üstünə İrəvandakı saxta soyqırımı kompleksini, günü bu gün də qonşu ölkədə hətta yeniyetmə-uşaqların cəlb olunduğu terror hazırlığı mərkəzlərinin fəaliyyətini əlavə edin. Biz hələ dünənədək ərazimizə gizli yola minaların daşınıb-döşənməsini demirik...

Belə faktları saymaqla bitməz. Gerçək budur ki, dünyada terrorçulara ən çox abidə qoyulduğu, terrorçu-faşistlərin ən çox qəhrəmanlaşdırılıdığı, sərbəst və arxayın gəzdiyi, mədh və ziyarət edildiyi, bəşəri dəyərlərin bunca aşağılandığı tək ölkə elə Ermənistandır.

Terrorçu dövlətin, terrorçu millətin buynuzu-zadı olmur ki. Sonra da klassik erməni cığallığı və sırtıqlığı ilə vay-şivən salırlar ki, bölgədə “Qafqaz qaraçıları”nı niyə heç kim sevmir? Nədən hamı onlardan gen gəzir, sərhədlərini üzlərinə bağlı saxlayırlar?

Hələ çox bağlı saxlayacaqlar. Zira, hansı normal qonşu, normal insan terrorçu ilə, quldur-başkəsənlə, qayda-qanun hərləməyənlə qapıbir qonşu olmaq istəyər ki. Bunu hələ də anlamadınızmı?

Mədəni toplum olmağın yükünü qaldırmaq sizə asan gəlməsin, cənab haylar. Öncə adekvat və anlaqlı xalq olmağı, adam olmağı öyrənin. Heç olmasa, buna cəhd edin...

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024