Onlayn ictimai-siyasi qəzet
Hələ də xəyallar aləmində yaşayan, paralel dünyada süzən hay tayfası əfsus ki, “dəmir qapaz”dan sonra da ağıllanmayıb. Azərbaycan tərəfə dil uzatmalar, buynuz atmalar, sayıqlamalar, hətta hədələr davam edir.
Bu dəfə Ermənistan XİN-in soyadı türk mənşəli mətbuat katibi Ani Bədəlyan fərqlənib. Demə, az öncə Az TV-də yayımlanmış, indi “Ermənistan” adlanan qədim Türk elləri barədə 35 dəqiqəlik film bu axçinin kefinə soğan doğrayıb.
Əvvəlcə səbrimizi basıb Bədəlyanın Twitterdəki statusuna göz ataq.
“Azərbaycan dövlət televiziyası Ermənistanın bütün suveren ərazisinin Azərbaycan ərazisi kimi təqdim olunduğu 35 dəqiqəlik film yayımlayıb. Ermənistan xəritədən “yoxa çıxıb”. Bu, qonşu dövlətin suverenliyinə yönəlmiş açıq təbliğat və aşkar təhdiddən savayı bir şey deyil. Ermənistanın rayonları, paytaxt İrəvan və Sevan (Göyçə - Z.S.) gölü Azərbaycan toponimləri kimi görünür. Bu, birinci dəfə deyil. Azərbaycan saxta (?! – Z.S.) adlarla öz ictimaiyyətini daim anti-erməni əhval-ruhiyyəsi ilə qidalandırır. Bu, bölgə üçün qınanılan və qəbuledilməz bir davranış olaraq, hamı tərəfindən qəti şəkildə rədd edilməlidir”, - XİN rəsmisi sarsaqlayıb.
Nə deyəsən. Qəliz məsələdir. İndi biz nə edək ki, bu başdan zay tayfa gerçəkləri eşitməyə vərdiş etməyib. Yaxın və uzaq tarixi büsbütün yalan-palanlardan və saxtakarlıdan ibarət olan, Türk torpaqlarında təşəkkül tapan bir uydurma dövlətin, Qafqazda yalnız XIX əsrdə peyda olan köçmən millətin istənilən mənsubunun həqiqəti eşidərkən tüstülənməsi əlbəttə, anlaşılandır.
Bədəlyana görə, guya bununla Azərbaycan Ermənistana dövlət səviyyəsində ərazi iddiasını təsdiqlənmiş olub. Bunu utanıb eləmədən o ölkənin XİN rəsmisi bildirir ki, onun hazırkı konstitusiyasına görə, keçmiş DQMV 1991-ci ildən (!!) Ermənistanın tərkibinə qatılıb və kapitulyant ölkənin ərazisi həmin konstitusiyaya əsasən 29.7 min kv km yox, 34.1 min kv km-dir (+ 4.4 min kv km). Həmçinin orada “Qərbi Ermənistan” ifadəsi altında qardaş Türkiyəyə ərazi iddiası (6 vilayət).
İşə bax. Sən öncə öz “barıt qoxulu”, beynəlxalq hüquqa meydan oxuyan konstitusiyanı üzvü olduğun BMT-nin Nizamnaməsinə uyğunlaşdır, yəni Dağlıq Qarabağdan da, Türkiyəyə torpaq iddiasından da rəsmən imtina elə, sonra öz ərazi bütövlüyün haqda çərənlə!
Bişəkk, biz bu sırtıq tayfanın təmsilçilərindən, özəlliklə onların rəsmilərindən nə vaxtsa abırlarına kor olacaqlarını gözləmirik. Bu xəbis toplumdan Ermənistanı necə mono-etnik dövlətə çevirdiyini, oradakı yüzlərlə dini-mədəni abidələrimizi necə yerlə-yeksan elədiyini, ümumiyyətlə, Türk izlərini necə yoxa çıxardığını, o sırada Azərbaycanın tarixi yer-yurd adlarını nə cür dəyişdirib-saxtalaşdırdığını, soyadlarımızı, musiqimizi, yeməklərimizi necə öz adına çıxdığını boynuna alacağını heç gözləmirik. Xalqımıza qarşı törətdikləri saya gəlməz soyqırımlarına və digər vəhşi, heyvani əməllərə görə üzr istəyəcəklərini isə ağla da gətirmirik. Ermənini bizdən yaxşı kim tanıya bilər ki? Bu məxluqat yalnız güc dilini başa düşür. Bilirik...
Amma və lakin. Hər şey qırağa dursun, bəs Azərbaycanın sırf beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalamaq təklifindən nədən Ermənistan rəhbərliyi 2 ildir yayınır? Axı orada iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünün (86.6 və 29.7) qarşılıqlı tanınması və heç vaxt qarşı tərəfə ərazi iddiası irəli sürməyəcəyi öhdəliyi “qırmızı xətt” kimi keçir.
Kapitulyant ölkənin hökuməti ərazi bütövlüyü sarıdan belə əndişəlidirsə, məntiqlə axı Bakı ilə həmin 5 bənd əsasında sülh sənədini çoxdan, əlüstü imzalamalı idi. Amma imzalamır. Çünki Azərbaycana torpaq iddiası qalır. İqtidarlı-müxalifətli-cəmiyyətli “miatsum” mərəzi bunların canından çıxmayıb!
Doğru, Nikol Paşinyana artıq “Qarabağ Azərbaycandır” dedizdirmişik. Ancaq o bizik – Türkün sözü imzasıdır, KİŞİ sözüdür. Yalançı, tülkü, riyakar erməninin sözünə inanmaqmı olar? Odur ki, “A”dan sonra nəinki “B” (konkret sülh sənədinin imzalanması), həm də “C” söyləməlidirlər (sənədin parlamentdə ratifikasiyası).
Yoxsa ki, Az TV belə gəldi, İTV elə getdi...
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ