Onlayn ictimai-siyasi qəzet
Ənənəsinə sadiq qalan Ermənistan baş naziri Nikol Paşinyan “hərb, yoxsa sülh” məsələsində bu gün yenə “nala-mıxa” vurub. 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında o, bir yandan iddia edib ki, 44 günlük müharibədən yayınmaq olardı, digər yandan da savaşdakı məğlubiyyətə görə günahı işğalçı ordunun üstünə atıb. Bildirib ki, Ermənistan Silahlı Qüvvələri ona öz vəzifəsinin öhdəsindən gələcəyini vəd edibmiş.
“Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”, - Paşinyan bildirib.
Doğrudan da, məğlubiyyət həmişə yetim və yiyəsizdir...
Yaxşı, müharibədən qaçmaq olardısa, yəni 27 sentyabr 2020-ci ilədək diplomatik resurslar tükənməmişdisə, onda Nikolun söylədiyi kimi, müharibəyə hazırlaşmaq, yeni silahlar alıb “ordunu ehtiyaclarını ödəmək”, Tovuzla sərhəddə (2020, iyul) strateji neft-qaz kəmərlərini də hədəf alan genişmiqyaslı hərbi təxribat törətmək, üstəgəl, Xankəndində “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermək və nəhayət, “Yeni ərazilər uğrunda yeni müharibə” avantürası nə demək idi?
Sonra. Müharibədən yayınmaq olardısa, İrəvanın savaş ritorikası, müharibə hazırlıqları niyə günü bu gün də davam edir? Ermənistan israrla Fransa, İran, Hindistan hesabına silahlanmağa çalışır, 2023-ci il üçün isə hərbi sahəyə rekord məbləğ – ac-yalavac ölkənin ümumi büdcəsinin 50%-i (1 milyard dollar!) ayrılıb?!
Məntiq varmı? Yəqin ki. Ancaq yalnız Nikol Vovayeviçin özünə məlum olan ermənisayağı məntiq.
Ən önəmlisi isə ayrı şeydir. Odur ki, Ermənistan 2-ci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən və kapitulyasiyadan hələ də dərs götürməyib. Paşinyanın son açıqlamaları öncəliklə bu anlama gəlir. Yoxsa hərbi məğlubiyyətin səbəbini orda-burda, orduda axtarmaz, öz bədbəxt xalqına müharibəni qaçılmaz edən tək səbəbi göstərərdi. Erməniləri sülhə hazırlaşmağın vacibliyinə inandırardı.
Əsas səbəb isə bütün dünyaya bəlli: ermənilərin sağala bilməyən “miatsum” mərəzi, Azərbaycana, ümumiyyətlə, qonşu ölkələrə qarşı davam edən ərazi iddiaları. Nikol Paşinyan daha çox bundan danışsaydı, deyərdik ki, artıq ermənilərin az-çox ağıllı rəhbəri var və o, düzgün seçim edib, hay tayfasını doğru yola çıxarmağa köklənib.
Əfsus ki, bunu görmürük. Axı elə dünən Paşinyan komandasının aparıcı üzvlərindən biri - parlamentin spikeri Alen Simonyan XİN başçıları arasında bu gün ABŞ-da start götürən danışıqların növbəti raundunu bəri başdan mənasız edən açıqlama verib - həyasızcasına Azərbaycanın daxili işlərinə qarışaraq, bizə Qarabağ şərti qoyub, faktiki nəinki Bakını, Vaşinqtonu da şantaj edib.
Sitat: “Bakı onilliklər ərzində münaqişəyə səbəb olan məsələni həll etməyib. Bu, reallıqdan qaçmaq, özünü aldatmaqdır. İrəvandan ötrü Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi ən vacib məsələdir. Bu məsələni sadəcə, unutmaq olmaz. Azərbaycan özünü aldatmağa hazırdırsa, Ermənistan buna hazır deyil... Əgər bu məsələ həllini tapmasa, deməli, danışıqların böyük hissəsi mənasızdır”.
Şantajın, təhdidin buynuzu olmur ki. Paradoks həm də ondadır ki, bunu bölgədə heç bir söz sahibi olmayan kapitulyant və “izqoy” ölkənin üçüncü şəxsi bəyan edir. Yəni açıq-aşkar status tələbi, savaş ritorikası. Sanki cəmi iki il yarım öncə haqq elədiyi “Dəmir qapaz”ı yeyənlər bunlar deyilmiş...
Beləcə, Nikol Paşinyan hökuməti böyük sülh üçün heç də əldən gedənə oxşamır və əslində, o, yeni müharibəni yaxınlaşdırmaqla məşğuldur. Lap dəqiqi, sülh oyunları ilə vaxtın uzanmasına müharibəyə hazırlaşmaq fürsəti kimi baxır. Hərgah, erməni baş nazir bugünkü iclasda bəzi ağıllı ifadələr də işlədib.
Məsələn, bu cür: “Ola bilsin, Dağlıq Qarabağın Azərbaycan tərkibindən kənarda olması ideyasından imtina eləməklə müharibədən qaça bilərdik”. Yaxud: “Müharibənin qalibi Ermənistan idisə, niyə onun əhalisi bu illər ərzində azaldı, Azərbaycan əhalisi isə iki dəfə artdı və iqtisadiyyatı böyüdü?”
Cavabı az yuxarıda yazmışıq. Tək səbəb bu: sağalmayan “miatsum” xəstəliyi. Ermənilər, xüsusən də onun siyasi elitası öncə bundan başlamalıdır. Əks halda, növbəti və daha ağrılı “Dəmir yumruğ”a hazır olsunlar...
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ