İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin bacarmadığı TƏK şey – Nə yaxşı ki...

Ermənistan tarixinə hansı işarə ilə düşəcəyi bilinməyən Nikol Paşinyana görə, ermənilər yalnız iki şeyi tez etməyi bacarır: maşın sürmək və yemək.

“Digər şeylərdə o qədər də yaxşı deyillər, yaxud dəhşətli dərəcədə ləngdirlər. Biz həyatdan geri qalırıq, ölkə olaraq hər şeydən geri qalırıq”, - Paşinyan gileylənib.

Əslində Paşinyan qarışıq, ermənilərin tələsməli olduğu əsas məsələ bəlli: xəstə təfəkkürdən, “miatsum”dan təcili imtina. Çünki bu, artıq mənfur toplum üçün “olum-ölüm” dilemmasına çevrilib. Bütün yerdə qalan məsələlərdə astagəllik də olar. Amma və lakin...

Erməni mediası yazıb ki, təzəlikcə İrəvanda küçələrdən birinə “artsax qəhrəmanı” Aşot Qulyanın adı verilib. Bakıda doğulan bu yaramaz isə Xocalı vəhşiliklərində və Şuşa şəhərinin işğalında fəallıq göstərənlərdir. 1992-ci ilin avqustunda Heyvəli (ermənilər “Drmbon” deyir) kəndi yaxınlığında gəbərdilib.

Beləcə, ilin-günün bu vaxtında İrəvanda daha bir cəllad və başkəsənin adı əbədiləşdirilir. Görəsən niyə? Paşinyan hökuməti bununla bizə nəyin mesajını və ya siqnalını ötürür?

WhatsApp Image 2024-09-13 at 14.42.55.jpeg (131 KB)

Əlbəttə ki, nəyin olsa da, sülhpərvərliyin ismarışı-zadı deyil yüz faiz. Əksinə, iqtidarlı-müxalifətli erməni cəmiyyətində davam edən Türkə aşırı nifrətin növbəti təzahürü, bariz sübutudur...

Yada salaq, qonşu ölkədə erməni terrorçularına abidə qoyulması, nasist Qaregin Njdenin Türkə nifrətdən yoğurulan faşist ideologiyasının təbliği Nikol Paşinyan dövründə də davam edib. Ötən il uydurma soyqırımın ildönümündən bir gün sonra (25 aprel, 2023) İrəvanda “Nemezis” abidə kompleksinin açılışını yada salmaq yetər (Njdeyə abidə isə Xocalı hərbi canisi Serj Sərkisyanın prezidentliyi dönəmində, 2016-cı ildə qoyulub. Bu ilin yanvarında abidə ətrafında daşnaklar polisin heç bir müdaxiləsi olmadan faşist salamı verməklə aksiya keçirib).

Terroru “tərənnüm” edən “Nemezis” kompleksinə gəlincə, onun açılış mərasimində iqtidar nümayəndəsi də iştirak və çıxış etmişdi. Az sonra MDB toplantısında verdiyi açıqlamadan məlum oldu ki, Nikol özü də Njde sevdalısıdır, hansı ki, “axırıncı Türk lal, kar da olsa öldürülməlidir!” irqçi şüarını öz mübarizəsində 1 nömrəli hədəf elan etmişdi.

O vaxt rəsmi Ankara və Bakı olaya sərt reaksiya bildirmiş, kompleksin sökülməsini tələb etmişdi. Amma çifayda. Nəticə yoxdur. Ona görə ki, qonşuluqda erməni katolikosları başda olmaqla, hələ də terrorçu təfəkkürlü bir cəmiyyət var olmaqda...

WhatsApp Image 2024-09-13 at 14.43.06.jpeg (92 KB)

Bu mənada quldur Aşot Qulayanın adının İrəvanda əbədiləşdirilməsi qətiyyən təəccüblü deyil və aşağı-yuxarı ermənilər haqda daşlaşmış qənaəti dəyişməz. Bəşəri cinayətlərə imza atmış erməni ikiayaqlı şərəfsizləri qəhrəmanlaşdırmaq bunların canında və qanında. Bizimlə ədavətləri, düşmənçilikləri də tezliklə bitəsi deyil.

Odur ki, işimizi möhkəm tutaq, Nikol Paşinyanın sülh moizələrinə çox da inanmayaq, ən əsası, barıtımızı quru saxlayaq və təmkinli olaq. Nəhs kimi çıxmasın, bizim “Qafqaz qaraçıları” ilə işimiz hələ çox olacaq. Nə yaxşı ki, bunları bizdən yaxşı tanıyan yoxdur. Bu bilgini nəsildən-nəslə, miras kimi ötürməli, dərsliklərimizə salmalıyıq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Aprel 2025

24 Mart 2025

17 Mart 2025

14 Mart 2025

12 Mart 2025

07 Mart 2025

05 Mart 2025

28 Fevral 2025

26 Fevral 2025

25 Fevral 2025

22 Fevral 2025

17 Fevral 2025

10 Fevral 2025

07 Fevral 2025

04 Fevral 2025

01 Fevral 2025

29 Yanvar 2025

27 Yanvar 2025

22 Yanvar 2025

20 Yanvar 2025

17 Yanvar 2025

13 Yanvar 2025

10 Yanvar 2025

06 Yanvar 2025

04 Yanvar 2025

30 Dekabr 2024

27 Dekabr 2024

23 Dekabr 2024

16 Dekabr 2024

11 Dekabr 2024