Onlayn ictimai-siyasi qəzet
Prokurorluq Bərdədə məhkəmə hakimi olmuş Elsun müəllimin haqqında cinayət işi açıbdır. O, narkotik alverində suçlanan bir nəfərdən külli miqdarda rüşvət almaqda suçlanır. Əski hakimi hələlik ev dustaqlığı şəraitində saxlayırlar. Əgər müxalifətçi və ya jurnalist olsaydı dərhal içəri basardıq. Ancaq mövzumuz bu deyil, həm də mən siyasətə qarışmıram. Son vaxtlar heç qarışmıram.
Maraqlıdır ki, baş prokurorluq Elsun müəllim haqda cinayət işi xəbərini fevralın 8-də açıqladı, lakin Məhkəmə-Hüquq Şurasının onu hələ keçən ilin dekabrında işdən qovduğu məlum olmuşdur. Yəni burada müəyyən dərəcədə sirrlər yaranır: Elsun müəllim rüşvət tələbini hakim işləyərkən irəli sürübsə, niyə o zaman tədbir görülməyib, ay yarım gözləmişlər? Yox, əgər keçmiş hakim işdən çıxarılandan sonra da rüşvət istəməyə davam edibsə, bunun dövlətçilik prinsiplərimizə uyğunluq dərəcəsi nə qədərdir? İndi söz əlaqədar təşkilatlarındır.
Bəlkə də hakimlərimiz arasında həmkarlıq təəssübkeşliyi vardır, biri o birisi haqda cinayət işinə baxmağa həvəsli olmur. Güman edirəm prokurorluq işin bütün detallarını həvəslə araşdıracaqdır.
Eyni zamanda məhkəmə-hüquq islahatlarımızın vacib tərkib hissəsi kimi hakimlərin sosial şəraitinin yaxşılaşdırılması, onlara yüksək maaş verilməsi daim diqqət mərkəzindədir. Hazırkı qanunvericiliyə görə, rayon məhkəmə hakimlərinin cürbəcür əlavə-filanla aylıq gəliri 5 min manatdan yuxarıdır. Yəni bir hakimin qazancı orta statistik azərbaycanlının qazancından rəsmi statistikaya görə 5 dəfə (keçən il 913 manat idi), qeyri-rəsmi statistikaya görə isə 10 dəfə çoxdur. Bəs niyə onlar hələ də rüşvət alır?
Ola bilər gördükləri işin əvəzində bu gəlir onları qane etmir. Çünki insafən bizim hökumət hakimləri gen-bol şəkildə istismar edir. Tək siyasi istismarı, qəfil zəngləri, yuxusuz gecələri-filanı nəzərdə tutmuram. Bəzi hakimlər var, ayda 700 cinayət işinə baxırlar. Şişirtmə üçün yazmıram. Keçən ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi ölmüşdü, mən bu haqda “Hakimi öldürən işlər” adlı yazı yazmışdım. O yazıdan bir hissəni xatırlatmağın yeri var: “İntihar edən hakimin icraatında 84 cinayət işi olub. O, intihar etməmişdən əvvəl sentyabrın 4-nə 15, sentyabrın 7-nə 10, sentyabrın 11-nə 17, sentyabrın 14-nə 7, sentyabrın 18-nə 8, sentyabrın 21-nə 8, sentyabrın 25-nə 2, sentyabrın 28-nə 3, noyabrın 2-nə 6, noyabrın 5-nə isə 1 cinayət işi üzrə məhkəmə iclası təyin edib”.
Bir gündə 17 cinayət işinə baxan adamda baş qalarmı? Sağlamlığa zərərli işdir. Bu cür yükün altında 5 min manat maaş azdır. Məcburdur pis yollara düşsün.
Yeri gəlmişkən, həmin ölmüş hakimin icraatındakı 84 işdən 70-i də narkotiklə bağlı idi. Elsun müəllim ev dustaqlığı ilə “yaxşı qurtarıb” yazmağa əsaslarımız vardır. İnsan bu ağırlığın altında çox tez sıradan çıxar. Elsun müəllimin hakim həyatının çox qısa olması da bunu isbat edir: onu prezidentin sərəncamı ilə 2021-ci il fevralın 3-də hakim təyin etmişlər. 2023-ün dekabrında qovublar, 2024-ün fevralında isə ev dustaqlığı... Sürətli tərcümeyi-haldır. Az qala “İldırımlı yollarla” baleti həsr etməyə dəyər. Aşağı-yuxarı heç 3 il hakim olmağa imkan tapmamışdır.
Bəlkə biz andlılar məhkəməsi yaradaq, insanların taleyi bir nəfərdən, onun şəxsi, subyektiv, çox zaman çirkin niyyətli qərarlarından asılı olmasın?
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ