İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğulduğu Qarabağda ölə bilməyən Xocalı canisi – Bakıda onu azərbaycanlı vəkili gözləyir

Erməni revanşist tör-töküntülərin “miatsum” mərəzindən sağalması asan olmayacaq. Daha doğrusu, artıq heç mümkün də deyil və elə bu “virus”la da gəbərib qəbrə gedəcəklər. Başdan xəstələrin önündə isə yenə Qarabağ klanının odiozları - Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyan gedir - Azərbaycan həbsxanalarının çoxdan darıxdığı insanlıq düşmənləri, yaşamaq haqqını itirmiş ikiayaqlı yırtıcılar.

Onlardan biri - Sərkisyan ötən gün yuyulmamış qaşıq kimi özünü ortaya ataraq Polşanın yeni-köhnə baş naziri Donald Tuska təbrik məktubu göndərib. Ancaq bəlli olur ki, məqsədi qətiyyən onu 9 il sonra hökumət rəhbərliyinə qayıdışı münasibəti ilə təbrik eləmək deyil. İkinci Qarabağ savaşında Ermənistanın rüsvayçı məğlubiyyətindən sonra kəsməyən qarnının ağrısı ilə bağlı əlac ummaqdır.

Səbrimizi basıb onun aşağıdakı sitatını axıradək oxuyaq: “Sizə 17 oktyabr 2020-ci ildə yazdığım son məktubumda vətənimin bir parçasında - Dağlıq Qarabağda erməni xalqını məhv olmaqdan xilas etmək üçün Avropada tanınmış aparıcı siyasətçi kimi rəsmi və qeyri-rəsmi müdaxilənizlə bağlı xahişim olmuşdu. Təəssüf ki, qabaqcadan gördüyüm “böyük faciə” baş verdi: 21-ci əsrdə sivil insanlığın gözü qarşısında Artsaxdakı erməni xalqı ermənifobiyanın dövlət siyasətinə çevrildiyi Azərbaycan tərəfindən etnik təmizləməyə məruz qaldı. 150 min ermənidən heç kəs öz evində qalmadı. Ancaq bizim əminliyimizə görə, problem həll olunmayıb – bu problem sadəcə, belə həll oluna bilməz və erməni Artsaxının səhifəsi bağlanmayıb” (Üslub saxlanılıb – Z.S.).

Polşa “miatsum”a yeni “nəfəs” verəcəkmiş. Sarsaqlar. Sanki paralel dünyanın sakinləri kimi, hələ də böyür-başlarında yaşanan bunca tarixi, bölgə üçün taleyüklü olayların fərqində deyillər. Xam xəyallarla yaşamağa, havaya yumruq atmağa davam edirlər. Bircə şamanlara namə göndərmək qalıb...

Əvvəla, genosid təşkilatçısı olub başqa xalqı həyasızcasına genosiddə suçlayan bişərəf, sən onun dərdini çək ki, Qarabağda doğulub Qarabağda da rahatca ölə, anan Noranın yanında quyulana biləcəksənmi? Hərgah, nə qədər ki, erməni xalqı bu həşəratlardan imtina edib mənən təmizlənməyib, toplum olaraq gələcəyi olmayacaq. Demək ki, qədərləri budur, “materialları” belə imiş.

Əslində bu itin sayıqlamasına “it hürər, karvan keçər”, “suda boğulan saman çöpündən yapışar” deyibən fikir verməmək də olardı. Amma və lakin...

Diqqət edin, uşaq qatili Sərkisyan Qarabağı könüllü tərk eləmiş soydaşları - “Qafqaz qaraçıları” ilə bağlı 100 min deyil, 150 min rəqəmini işlədir. Gələn il yəqin 250 min olacaq, o biri il 350 min və s. Osmanlı Türkiyəsində 108 il öncə öz xəyanətlərinin qurbanlı olmuş ermənilərin sayını 150 mindən 1.5 milyona necə çatdırıblar? Bax elə. Bu - ölüləri də “balalayan” yeganə əcaib toplum!

Bu yerdə Avropa İttifaqının bədnam xarici işlər naziri Cozef Borelin az öncə dilə gətirdiyi 150 min rəqəmini xatırlamamaq olmur. Əgər “ədalət etalonu” Avropanın rəsmi şəxsi cəmi iki ay öncəki könüllü köçlə bağlı qıpqırmızı yalan danışırsa, dünyanın ən saxtakar millətinin təmsilçisi, Xocalı hərbi canisi niyə də ona istinad eləməsin? Bu ki göydəndüşmə fürsət, əla “rəsmi mənbə”dir...

Amma sərkisyanlar, ohanyanlar, köçəryanlar “5-ci nöqtələri” ilə göyə də dırmaşsalar da, “arsax” nağılına inanan ağıllı adam daha qalmayıb, “status” isə çoxdan tarixin zibilliyində iylənir. Bu gerçəyi yüz Tusk, min Borel yığışsa, dəyişə bilməyəcək!

Bitməyən nəsə varsa, o da Azərbaycan xalqına qarşı cinayətlər, soyqırımlar törətmiş bu murdar məxluqlar üzərində Bakıda gözlənilən məhkəmələridir. Hələlik serjik və “bobik”in (Köçəryan) Bakıda müttəhim kürsüsündəki yerləri boş qalır. Amma günün birində öz sahiblərini mütləq tapacaq - bu alçaqlara digərləri kimi azərbaycanlı vəkil tutmalı olsaq da. Allah gec edər, gec edər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024