İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyadan Qarabağla bağlı CENTLMEN gediş – ABŞ isə görün bizə nə hazırlayır?

Azərbaycanın Zəfər tarixinin şərəfli və qürurverici günlərindən birinin ilk ildönümünü yaşayırıq. Bu gün bizimlə birgə dostlarımızın sevindiyi, düşmənlərimizin, ayağımızın altını qazımaq istəyənlərin isə yas içində olduğu möhtəşəm tarixdir. Məhz bir il öncə, sentyabrın 19-da şanlı Ordumuz Qarabağdakı vəhşi-vandalların qurduğu xunta rejiminin, erməni separatizminin kökünü kəsən antiterror tədbirlərinə başlayıb və cəmi 23 saat 43 dəqiqəyə onu tamamlayıb.

Bu xüsusda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin paylaşımı diqqət çəkir. Lemmi Substack onlayn platformasında Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib. Məlumatı “Politico” yayıb.

“Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bildi”, - Lemmi yazıb.

WhatsApp Image 2024-09-19 at 12.19.06.jpeg (57 KB)

Bu, əlbəttə ki, Britaniyaya yaraşan, necə deyərlər, centlmen (əxlaqlı) bir mövqedir. Biz rəsmi Londonun 44 günlük müharibə zamanı tutduğu ədalətli mövqeyi də yaxşı xatırlayırıq. O zaman, döyüşlərin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasında (TŞ) bədxahların Azərbaycan əleyhinə sənəd layihəsini məhz Böyük Britaniyanın əngəlləməsini də unutmamışıq...

Bəllidir ki, Britaniya Rusiya, Fransa, Çin və ABŞ daxil, TŞ-nin veto hüququna malik 5 daimi üzvündən biridir. Ən azı ona görə rəsmi Londonun Azərbaycana münasibəti ikiqat önəm kəsb edir. Nəhayət, İngiltərə Qərbin, xristian dünyasının yeganə mühüm dövlətidir ki, uydurma “erməni soyqırımı”nı (1915) hələ də tanımayıb (Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya istisnadır)...

TŞ-nin digər 4 üzvünün siyasətinə baxaq.

Rusiya 1915-ci il hadisələrindən dolayı qondarma “soyqırım” iddiasını parlament səviyyəsində tanıyıb (1995 və 2005). Qarabağa gəlincə, Moskva rəsmiləri ara-sıra ermənilərin bölgəyə qayıdışının vacibliyindən danışsa da, insafən, heç bir etnik təmizləmə olmadığını, ermənilərin könüllü köç etdiyini bəyan edirlər. Yəni aşağı-yuxarı bizim üçün məqbul bir mövqe. Azərbaycanın ermənilərin geri dönüşü ilə ilgili haqlı tələbi və şərti isə məlum. Moskva bunu gözardı edə bilməz və yəqin ki, etməyəcək...

Ermənidən çox erməni olmağa çalışan Fransaya gələk. Bu ölkənin parlamenti 2-ci Qarabağ savaşından iki həftə sonra kukla qurumu “dövlət” kimi tanıyıb. BMT TŞ-də üç dəfə ölkəmizə qarşı qətnamə keçirməyə cəhd edib, lakin fiaskoya uğrayıb. Təbii ki, saxta “erməni soyqırımı”nı da ilk tanıyan ölkələrdəndir. Fransada hətta “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun qəbul edilib.

TŞ-nin digər üzvü Çinin isə Azərbaycanla bağlı ənənəvi mövqeyi ümumən ədalətli sayıla bilər. Rəsmi Pekinin bizə pisliyi dəyməyib. İrad-zad yoxdur. Çinin Qarabağdakı keçmiş separatçı-kriminal rejimlə hər hansı təması da olmayıb, ABŞ, Fransa və Rusiya kimi ona hansısa şəkildə dəstək verməyib - maliyyə, siyasi, hərbi anlamda...

Qaldı ABŞ. Əfsus ki, dünyanın 1 nömrəli qüdrətli dövlətinin Azərbaycana, Qarabağ Zəfərinə yanaşması yumşaq desək, hələ də ziddiyyətli, bəzən isə açıq şəkildə qərəzli və riyakar xarakterlidir.

Baxın, rəsmi Vaşinqton bir yandan ərazi bütövlüyümüzü tanıdığını, sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini bəyan edir, digər yandan isə erməni lobbisinin havasına gedərək, vaxtaşırı erməni separatizminə nəfəs verən, radikal revanşistləri qızışdıran işlər çevirir, kapitulyant ölkəni altdan-altdan silahlandırır, onunla ortaq hərbi təlimlər keçirir, ona yardımlar edir. Bu yardımları erməni işğalı nəticəsində böyük zərər görən, o sırada ciddi mina problemi ilə üzləşən Azərbaycana yönəltməli olduğu halda.

Bu gün – sentyabrın 19-da isə Konqresdə antiterror əməliyyatının ildönümü ilə bağlı Azərbaycana qarşı təxribatçı, ittiham tonunda dinləmələr nəzərdə tutulub. Düşünmürük ki, bu yalnız erməni lobbisinin təşəbbüsü ilə reallaşa bilən bir tədbirdir. Görünən budur ki, Birləşmiş Ştatların müəyyən siyasi dairələri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini güc yolu bərpa edib BMT TŞ-nin 4 məlum qətnaməsini təkbaşına reallaşdırmasını hələ də həzm edə, Bakıya bağışlaya bilmir.

İndi buna nə ad qoyaq, “ikili standart” siyasətinin yeni formada zühuru, Azərbaycana təzyiq cəhdi, yoxsa nə? Ondansa müttəfiq Britaniyadan nümunə götürmək zamanı deyilmi? Onsuz da gec-tez buna gələcəksiniz. Amma daha urvatlısı məhz indi deyilmi?

Doğru, ABŞ səfiri bu il, nəhayət, şeytanın qıçını qıraraq Şuşaya ayaq basıb. Bunu sözsüz ki, qiymətləndiririk. Fəqət, yetərli hesab eləmirik. Səbəbini yazdıq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Aprel 2025

24 Mart 2025

17 Mart 2025

14 Mart 2025

12 Mart 2025

07 Mart 2025

05 Mart 2025

28 Fevral 2025

26 Fevral 2025

25 Fevral 2025

22 Fevral 2025

17 Fevral 2025

10 Fevral 2025

07 Fevral 2025

04 Fevral 2025

01 Fevral 2025

29 Yanvar 2025

27 Yanvar 2025

22 Yanvar 2025

20 Yanvar 2025

17 Yanvar 2025

13 Yanvar 2025

10 Yanvar 2025

06 Yanvar 2025

04 Yanvar 2025

30 Dekabr 2024

27 Dekabr 2024

23 Dekabr 2024

16 Dekabr 2024

11 Dekabr 2024