İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının İrəvana 10-cu, yoxsa sonuncu məktubu?

Ermənistan elə hey “atı arabanın arxasına” qoşmağa çalışır. Sonra da təəccüb içində, tipik hay həyasızlığı ilə gileylənirlər ki, “sülh prosesi” niyə qabağa getmir?

İşğal dövründə də eyni meymunluğu edir, göylə gedirdilər. Danışıqların imitasiyası altında vaxt udmağa, bizi işğalla barışmağa, “torpaq əvəzinə torpaq” təslimçi formulunu Azərbaycana sırımağa çalışırdılar – təbii ki, xarici havadarlarının dəstəyi ilə.

Nəticə bəlli. Səbir kasamız, nəhayət, daşdı. Haqq elədikləri yağlı “dəmir qapazı”, şillə-təpikləri yeyəndən sonra sakitləşdilər, qınlarına çəkildilər. Fəqət, çəkildilərmi? Sakitləşdilərmi?..

Əfsus ki, yenə oxşar oyunları oynamağa başlayıblar. Erməni erməni olmazdı ki, təzədən xam xəyallara düşüb növbəti hoqqadan çıxmasın, “sülh” deyib beynində ayrı şeylər nəzərdə tutmasın. Keçək konkretliyə.

İrəvanın özünün “barıt qoxulu” konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsməməsi məlum. Hələ harasıdır, dünyanın heç yerində görünməyib ki, məğlub və haqsız ölkə qalib tərəflə şərt dilində danışsın. Az qala hər gün bir cəfəng tələb, şərt irəli sürsün. Erməni bu məsələdə də “unikallığını” saxlayır.

Bu dəfə Təhlükəsizlik Şurasının karibi Armen Qriqoryan çərənləyib. Ərz edib ki, bəs Azərbaycanla böyük sülh anlaşmasına “erməni əsirlərin” qaytarılması da daxil olmalıdır. Özü də “əsir” deyərkən o, təkcə hazırda Bakıda cəza çəkən diversantları yox, ötən ilin sentyabrında antiterror tədbirləri çərçivəsində ələ keçmiş separatçı-xunta rejiminin cani rəhbərlərini, qatı cinayətkarları da nəzərə tutur.

Qriqoryana sual: məgər faşist Almaniyasının kapitulyasiyasından sonra hansısa nasist general və ya nasizmə qulluq edən cəllad asılmaq əvəzinə əfv edilib? Həbsdən buraxılıb? Belə bir fakt varmı? Yox. Niyə?

Çünki sülh müqaviləsi hər şeydən öncə ədalətin təntənəsinin simvolu olmalıdır. Hərbi canilər, xalqlara qarşı bəşəri cinayətlər törədənlər layiqli cəzalarını almalıdırlar ki, gələn dəfə başqa şərəfsizlər eyni alçaq planlar quranda iki dəfə fikirləşsinlər! Aydın oldumu?..

O yandan da ATƏT-in gorbagor olmuş Minsk Qrupunun sabiq amerikalı sədri Ceyms Uorlik dilini dinc qoymur, ermənilərə züy tutur, revanşistlərin çörəyinə “yağ” sürtür. 26 illik qərəzli “vasitəçilik”ləri ilə baş-beynimizi aparmaları, “ayıblarına kor” olmamaları azmış kimi, yenə bizə ağıl öyrətməyə girişiblər.

Məsələn, dünən bu cənab özünə müdrik görkəm verərək iddia edib ki, “ermənilərin Dağlıq Qarabağa qayıdışı istənilən sülh müqaviləsinin tərkib hissəsi olmalıdır”.

“Dağlıq Qarabağ”a e... Adam hələ də ərazi bütövlüyümüz və suverenliyimizə sayğılı olmağı öyrənməyib, amma bizə guya konstruktiv təklif verir. Ermənistandan qovulan 350 min azərbaycanlının öz yurdlarına elementar dönüş haqqı bərədə isə kəlmə kəsmir. 26 ildə necə qərəzli idilərsə, eləcə davam edirlər. Sanki 44 + 1 günlük Vətən müharibəmiz, Zəfərimiz heç olmayıb. Sanki bayırda 2024-cü ilin iyunu yox, 2000-ci illərin əvvəlləridir...

Yaxud Uolrikin Azərbaycan əleyhinə başqa bir təxribatçı təklifi. Sitat: “Ermənistan konstitusiyasına düzəlişlər Bakı və İrəvan arasında çərçivə sülh sazişinin imzalanması üçün ilkin şərt olmamalıdır. Gələcəkdə nə vaxtsa, bəli, konstitusiya dəyişdirilməli olacaq. Amma məncə, hamı bilir ki, Ermənistanda bunu etmək asan deyil. Belə bir şərt müqavilənin bağlanmasına mane olacaq”.

Yenə kapitulyant adından şərt. Ağılları gedib turist-həmsədr işlədikləri dönəmə.

Əcəb məntiqdir. Əgər imzalanacaq sülh sənədi masa üstündəki salfet kağızı qədər dəyərdə olmayacaqsa, Ermənistanın Konstitusiya Məhkəməsi imzalanan yazılı anlaşmanı cəmi yarımca saata qanunsuz, qeyri-legitim elan edəcəksə, onu imzalamağa dəyərmi?..

Və sonda. Dünən Bakı müzakirə edilən sülh sənədi variantını 10-cu redaktədə İrəvana göndərib. Əgər “qozbeli qəbir də düzəltməyəcəksə”, bəlkə bəs edər? 10-cu sonuncu olacaqmı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024