İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı məhkəməni “tamaşa” adlandıran təlxək – Paşinyandan növbəti həyasızlıq

Ermənistan baş naziri Nikol Paşinyan “sülh göyərçini” obrazında “poza” verməkdən yorulmur. Maraqlıdır ki, ABŞ-dan “əli ətəyindən uzun” qayıdan Nikol Vovayeviç İrəvana çatar-çatmaz, Azərbaycan əleyhinə böyük bir məqalə qaralayıb. Ünvanımıza növbəti ittihamlar yağdırıb.

Erməni “sorosçu” baş nazir məqalədə əvvəlcə Bakını sülh müqaviləsini qəsdən ləngitrməkdə, Ermənistanı müharibə ilə hədələməkdə, Qərbi Azərbaycan ideyası ilə Ermənistanın ərazi bütövlüyünə qarşı qəsd hazırlığında suçlayıb. Kapitulyant ölkənin sürətlə silahlanmasının beynəlxalq hüquqa uyğun olduğunu və Azərbaycana dəxli olmadığını yazıb.

Amma burdan-bura öz ölkəsinin konstitusiyasında həmin beynəlxalq hüquqa zidd şəkildə Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə bağlı müddəaların hələ də qalmasını görməzdən gəlir. Təsəvvür edin, üst-üstə 191 min kv km-lik ərazidən (!) söhbət gedir...

Nikol Paşinyan ardınca separatçı-cinayətkarların Bakıda davam edən məhkəməsini “tamaşa” adlandırıb. Az öncə o, eyni həyasızlıqla bəyan eləmişdi ki, Bakıda ittiham olunan ermənilərdən müvafiq ifadələrin alınması üçün onların bədəninə psixotrop preparatlar yeridilir. Bu absurdu elə Araik Arutunyanın özü və ortaqları dərhal təkzib etdilər.

Aydındır ki, bu qəbil sərsəm ittihamlarla Ermənistan baş naziri indidən özünü təmizə çıxarmaq üçün siyasi fon yaratmağa, uyğun zəmin hazırlamağa çalışır, bir az da öz aləmində Bakıya təzyiq göstərmək niyyəti güdür. Çünki məhkəmədə torpaqlarımızın işğalı və bu işğalın son dərəcə ağır nəticələri, fəsadları ilə bağlı Ermənistan rəhbərlərinin böyük cinayət payının olduğunu isbatlayacaq çoxsaylı ifadələr, yeni dəlil-sübutların səslənməsi gözlənilir.

Onları bütün dünyanın eşitməsi, görməsi üçün kiməsə psixotrop və ya uyuşdurucu dərman vurmağa lüzum yox. Fakt-sübutlar o qədər danılmaz, o qədər çoxdur ki. Üçüncü tərəfdən, müttəhimlər onsuz da bülbül kimi ötəcəklər. Hər necə olmasa, hərəyə öz dərisi daha yaxın sayılır...

Yalançının yaddaşı olmaz. 2023-cü il sentyabrın 2-də - antiterror əməliyyatından cəmi 17 gün qabaq Nikol Paşinyan Qarabağdakı qanunsuz xunta rejiminin “rəhbərliyinə” mifik “müstəqilliyin” ildönümü ilə bağlı “təbrik” göndərmişdi. Maraqlananlar internet resurslarından tapa bilər.

Amma indi o, utanıb-qızarmadan beynəlxalq hüquqdan danışır, Azərbaycanı Ermənistanın silahlanma haqqına girməkdə qınayır. Bakıdakı tarixi ədalət məhkəməsini “tamaşa”, “teatr” adlandırır. Azərbaycanın çağırışına hay verib məhkəmə istintaqına kömək etmək, Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Vitali Balasanyan, Samvel Babayan kimi digər hərbi caniləri, uşaq qatillərini də Bakıya təhvil vermək əvəzinə!

Bəs insanlıq bir qırağa, “demokratlığın” harda qaldı? Demokratlıq beləmi olur, Nikol? Demokratiya həm də qanunun, hüququn aliliyi, cinayətkarların, o sırada soyqırımı günahkarlarının layiqli cəzalara çatdırılması, humanitar dəyərlərə və haqlara hörmət, zərərçəkənlərin pozulmuş haqlarının bərpası, onlara təzminatların ödənilməsi deməkdir.

İndi tamaşa çıxaran, oyun oynayan, təlxəklik edən kimdir?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 May 2025

19 May 2025

17 May 2025

16 May 2025

13 May 2025

09 May 2025

07 May 2025

02 May 2025

26 Aprel 2025

19 Aprel 2025

14 Aprel 2025

07 Aprel 2025

01 Aprel 2025

24 Mart 2025

17 Mart 2025

14 Mart 2025

12 Mart 2025

07 Mart 2025

05 Mart 2025

28 Fevral 2025

26 Fevral 2025

25 Fevral 2025

22 Fevral 2025

17 Fevral 2025

10 Fevral 2025

07 Fevral 2025

04 Fevral 2025

01 Fevral 2025

29 Yanvar 2025

27 Yanvar 2025