İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı heyrətamiz ŞANTAJ – Üstümüzə indi də USCIRF gəlir

ABŞ-da erməni lobbisinə bağlı, yaxud hələ də mağara səviyyəli “xristian təəssübkeşliyi”nin əsiri olan qurumların anti-Azərbaycan demarşları səngimir. İndi də xəbər gəlib ki, ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək və bu dinləmələrdə “erməni mədəni irsinin məhv edilməsi” məsələsinə də baxılacaq. USCIRF-in bəyanatında belə deyilir.

“Azərbaycan hakimiyyəti erməni mədəni irsini məhv edir, Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altındadır”, - deyə açıqlamada həyasızcasına iddia olunur. Ardınca bildirilir ki, Azərbaycanda ümumiyyətlə, dini etiqad azadlığı ilə bağlı vəziyyət guya narahatedicidir.

Sitat: “Fevral ayında USCIRF ölkədə dini etiqad azadlığının vəziyyətini araşdırmaq və dini icma nümayəndələri, hüquq müdafiəçiləri və hökumət rəsmiləri ilə görüşmək üçün Azərbaycana səfər edib. USCIRF 2025-ci il üçün illik hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına görə Xüsusi Nəzarət Siyahısına daxil etməyi tövsiyə edib”.

Xatırladaq ki, USCIRF Dövlət Departamentindən ayrı, Birləşmiş Ştatlar hökumətinin guya müstəqil və məsləhətçi orqanı sayılır...

Əvvəla, “Dağlıq Qarabağ” anlayışı çoxdan mövcud deyil. Mövcuddursa da, yalnız tarix dərsliyində və tarix üçün. Keçmiş DQMV şəklində. Yəni öncə gedin BMT üzvü olan bir dövlətin suverenliyi, ərazi bütövlüyü və konstitusiya-unitar quruluşuna sayğılı olmağı öyrənin.

İkincisi, görəsən “erməni dini-mədəni irsi” nəyə deyir bu “ədalət” carçıları? Laçında işğal dövründə tikilmiş “kilsə”nimi? Hansını ki, Azərbaycan tam haqqına yerlə bir elədi. Eləcə də ərazilirimizdəki “mədəni-dini abidə” adı ilə inşa olunmuş digər qanunsuz obyektlər ləğv edilib.

Çünki bunu həm də beynəlxalq konvensiyalar tələb edir. Sadə səbəb: işğal etdiyin və etnik təmizləmə apardığın ərazini bu yolla legitimləşdirə bilməzsən! Yeri gəlmişkən, bütün səmavi dinlər məscid, kilsə və ya sinaqoq tikintisi zamanı o yerin halallığını almağı tələb edir. Qısacası, bu nağılları, yalan-böhtanları özünüzə saxlayın.

Üçüncü yandan, hər şey qırağa, məgər Bakıdakı erməni kilsəsinin necə qorunduğunu görmür yalançı dini etiqad “təəssübkeşləri”? Həqiqətən də Azərbaycanda dini tolerantlığa şübhə eləmək üçün ya gərək çox güclü fantaziya qabiliyyətin ola, ya elementar məntiq hissindən məhrum olasan, ya da əlbəttə, erməni çevrələrinə bağlılığın ola...

Guya xəbərləri yoxdur ki, erməni işğalı dövründə ən iyrənc vandallığa məhz Azərbaycanın dini-mədəni abidələri məruz qalıb. Guya bilmirlər ki, Qarabağda 67 məsciddən 65-ni dağıdan, quru divarları qalan “Allah evlərində” isə donuz, inək saxlayanlar erməni ikiayaqlı “xristianlar” olub. Hansı faktları ki, rəsmi Bakının çoxsaylı müraciətlərinə rəğmən, rəhbəri fransız və qatı türkofob olan YUNESKO bu günədək görməzdən gəlir, qeydiyyata almaq istəmir.

Odur ki, bəlkə dinləmələrdə Azərbaycanın yox, elə YUNESKO-nun məsələsini qoyasınız? Yaxud Ermənistan adlı qədim Türk yurdunda türk-mədəni irsinin necə vəhşicəsinə yox edilməsini gündəmə gətirəsinisiz? İradəniz, vicdanınız çatarmı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

13 May 2025

09 May 2025

07 May 2025

02 May 2025

26 Aprel 2025

19 Aprel 2025

14 Aprel 2025

07 Aprel 2025

01 Aprel 2025

24 Mart 2025

17 Mart 2025

14 Mart 2025

12 Mart 2025

07 Mart 2025

05 Mart 2025

28 Fevral 2025

26 Fevral 2025

25 Fevral 2025

22 Fevral 2025

17 Fevral 2025

10 Fevral 2025

07 Fevral 2025

04 Fevral 2025

01 Fevral 2025

29 Yanvar 2025

27 Yanvar 2025

22 Yanvar 2025

20 Yanvar 2025

17 Yanvar 2025

13 Yanvar 2025