Onlayn ictimai-siyasi qəzet
Qarabağda 35 il dövlətimizə qan uddurub meydan oxumuş xunta rejiminin həbsdəki “rəhbərləri”nin məhkəməsi maraqlı olacaq. Bişəkk, 2024-də keçiriləcək yeni bir “Nürnberq prosesi”ndə gündəmi alt-üst edəcək sensasion açıqlamalar da öz yerində.
Dünən İşgəncələrə qarşı Azərbaycan Komitəsinin üzvləri DTX İstintaq Baş İdarəsində saxlanılan bu cinayətkarların bəzilərinə - Arayik Arutyunyana, Ruben Vardanyana, David Manukyana və Lyova Mnatsakanyana baş çəkiblər. Görüş zamanı Arayik deyib ki, guya özünü Azərbaycan vətəndaşı sayır. Azərbaycanca minə qədər sözü başa düşsə də, ermənidilli məktəbdə oxuduğu üçün azərbaycanca danışa bilmir...
Əvvəla, bu separatçı-bandit həmin min sözün əvəzinə zamanında cəmi üçcə Azərbaycan sözünü əzbərləsəydi və mənasına varsaydı, bəlkə indi DTX təcridxanasında yox, hələ də Qarabağda oturub rahatca çayını içirdi. Əlbəttə ki, “ərazi bütövlüyü” və “suverenlik” sözlərini, daha dəqiqi, bu hüquqi anlayışlara sayğını nəzərdə tuturuq.
Mifik qələbənin məstindən çıxıb şansı, fürsəti dəyərləndirmədilər, Bakının çağırış və xəbərdarlıqları düz oxumadılar. Odur ki, Arayik qarışıq, bu kriminal ünsürlərin topasına Azərbaycan hakimləri həmin o üç “açar söz”ün əhəmiyyətini bir-bir anlatmalı olacaq. Bu məxluqların ömürləri boyu unutmayacaqları şəkildə, xam xəyallarla yaşayan digərlərinə ibrət olsun deyə!..
İkincisi, iş işdən keçəndən, quyruğu qapı arasında qalandan sonra A. Arutyunyanın özünü Azərbaycan vətəndaşı sayması ikiüzlülük nümunəsi olmaqla bahəm, onun günahını əsla azaltmaz. Çünki Azərbaycan vətəndaşı olan kəs Azərbaycan vətəndaşlarını, uşaqları Gəncədə yatdığı yerdə ballistik raketlə atəşə tutmaq əmri verməz. Ümumiyyətlə, özünü şüurlu hesab edən varlıq belə vəhşiliyə necə qol qoya bilər? Bunu yalnız insanlıqdan çıxmış biri, Azərbaycanın vətəndaşı yox, onun düşməni özünə rəva görə bilər!
Və belə ikiayaqlı yırtıcıları, Azərbaycan xalqına sonsuz açılar yaşatmış terrorçu qaniçənləri Avropa Parlamenti, AŞ PA, Qərbin müəyyən çevrələri, erməni lobbisinin oyuncağına çevrilmiş “insan haqları” təşkilatları himayə edir, misilsiz riyakarlıqla və utanmazcasına onlara “ictimai xadim”, “siyasi məhbus” deyir və Bakıdan onlara azadlıq tələb edir! Təkcə o səbəbə ki, onlar “xristian” erməni, həbsə alıb mühakimə edən ölkə isə müsəlman-Türk dövlətidir!
Əksini təsəvvürə gətirə bilərsizmi? Siz heç bu üzdəniraq “insan haqları” carçılarının Qarabağın bir ovuc erməni sakini kimi Ermənistandan qovulan yüz minlərlə azərbaycanlı üçün də yaxa cırmasını, yaxud 30 ildə bircə dəfə Ermənistanı işğalçı adlandırmasını gormusüzmü? Bəs haqqında dil boğaza qoymadan bağırdıqları bəşəri dəyərlər harda qaldı?
Amma gəl ki, bu şərəfsizlər sürüsü illərlə beynəlxalq hüququ, Azərbaycan qanunlarını heçə saysa da, Azərbaycan yenə onlarla beynəlxalq hüquqa uyğun, humanist davranır. Hətta dünən onlara Ermənistandan ailə üzvləri tərəfindən göndərilmiş sovqatlar çatdırılıb. Amma günahı yalnız sərhədi azmaq olan əsir əsgərimiz Aqşin Bəbirovun başına qalmayan oyunu açmadılar, qanına zəhərli maddələr belə yeritdilər...
Şübhəsiz, gözlənilən məhkəmə prosesi zamanı Qərbdən Azərbaycana təzyiqlər artacaq. Ona da şübhə yox ki, sağdan-soldan, yaxından-uzaqdan “it hürüşmələri”nə rəğmən, indi məzlum cildinə girmiş bu canilər öz layiqli cəzalarına çatdırılacaqlar. Bunu hər şeydən öncə, qətlə yetirilmiş minlərlə günahsız soydaşımızın, Xocalı, Meşəli, Başlıbel qurbanlarının, məzarları hələ də tapılmayan itkin azərbaycanlının narahat ruhları bizdən tələb edir.
Vay o dövlətin, millətin halına ki, cəlladlara, uşaq qatillərinə mərhəmət göstərir. Yaxşı bir deyim var: “Dövlət iki halda sarsılır - cinayətkar cəzasız qalanda və kimsə haqsız cəza alanda”. Deməli, Qərbin ermənipərəst mərkəzlərinin əsas hədəfi cinayətkar-separatçıların azadlığa çıxmasına nail olmaqla Azərbaycan dövlətini sarsıtmaq, separatizmə “ikinci nəfəs” verməkdir.
Günəş şərqdən yox, qərbdən çıxanda bunu da görərsiniz...
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ