İnsanlara hürriyət, millətlərə istiqlal!

60 yaş nədir ki, qaqa, çox yaşa...

30 ildir Şuşa deyiləndə həm də Ramiz Qəmbərov yada düşür, həmişə də belə olacaq...

Mən illərdir ki, onun haqqında çox yazmışam. Həmişə də şəhid olduğu 30 apreldə... Bu dəfə isə ilk dəfə onu fərqli tarxdə-doğum günündə, üstəlik 60 yaşında yaddaşlara qaytarıram. İyulun 2-si onun doğum günüdür. Ramiz Qəmbərovu deyirəm, Milli Qəhrəman Ramizi...
Ramiz haqda danışanda onun Milli Qəhrəman olması mənim üçün nədənsə, sonda gəlir. Sağ olsun dövlət, ad verib, adı dərsliklərə salınıb, haqqdında irili-xırdalı verilişlər, sənədli film də çəkilib. O ad Ramizə anansının südü kimi halalıdır. Amma əminəm, Şuşa işğal olunaydı, Ramiz 100 erməni öldürdüyünə görə sağlığında bu adı ona versəydilər, bu... pisliyi hakimiyyətə bağışlamazdı. Bu qəhrəman adıyla Ramiz işğaldakı məzarında ta Şuşa azad olunan günədək rahat ola bilmədi, necə ola bilərdi ki?!

Şəhid olanda heç 30 yaşı tamam da olmamışdı. Şuşanın qanlı-qadalı vaxtlarında aramızdakı yaş fərqinə baxmayaraq, onun “böyük danışıdığını” heç eşitmədi... Ramizin bildiyi cəlimsiz canındakı heç tükənməyən enerji, Şuşa sevgisi idi. O sevgiyə görə Ramizi qısqananlar da vardı, gözü götürməyən bədxahlar da. Ramiz Şuşanın ən böyük vətənpərvəridir mənim üçün, illərdir də elə obrazda qalıb, daşlaşıb. Onun məzarı olan qəbiristanlığı dağıdıb düşmən, amma Ramiz oradadır, biz orada olmayanda orada idi, Cıdır düzünə yaxın məzarında gözləyrdi. Arada siqareti barmağının arası yananadək sümürüb “harada qaldız axı...” deyirdi də. Şuşa işğaldan azad olunan gün əminəm, Ramiz qəhrəman döyüşçülərimizi hamıdan əvvəl salamladı, “axır ki, gəldiniz, qardaşlarım... ” deyib nəhayət, əbədi rahatlıq tapdı.

11111111.jpg (32 KB)

Ramiz siyastəçi deyildi, AXC-nın Şuşa söbəsinin sədri olması yalnız Şuşanın müdafiəsini təşkil etmək üçün idi. Ramizin umacağı vəzifə də, kürsü də Şuşa idi. Bunun əksini düşünənlər onu “burunlayırdılar”, amma o, yalnız vətən haqında düşünürdü. Böyük siyasi oyunlar onun meydanı deyildi- onun üçün Şuşanın Bazarbaşı-Meydandan böyük meydan, müqqəddəs heç nə olmadı.

İnşaat Mühəndisləri İnsitutunda təhsilini yarımçıq qoymuşdu, amma o, ali təhsil alan şuşalılarla həmişə fəxr edirdi, onları qoruyurdu, bizə “oxuyun, qaqa, Şuşaya təhsilli uşaqlar lazım olacaq" deyirdi. Mən Şuşada-müharibənin bütün dəngələrinin, adamlarının dəyişdiyi o günlərdə Ramizə həmişə inandım.

16363479365652544192_1000x669 (1).jpg (321 KB)

Ramizlə son iki görüşümüzü heç unutmadım. 1991-ci ilin dekabrının son günləri idi. Bazarbaşındakı görüşümüzdə sözarası “yalnız sənin batalyonunda olaram” deyəndə yuxusuzluqdan çuxura düşmüş xırda gözləri güldü. Bu inam onun xoşuna gəlmişdi, əlbəttə. Amma Ramiz “sən dərslərinə fikir verməlisən, hərənin öz işi var, qaqa ” dedi. Amma axırda ondan bir söz qopardım...

Üç-dörd gün sonra Şuşa xəstəxanasının palatasında yanıma gəlmişdi. Üzgün və yorğun görünürdü. Yəqin postdan gəlirdi, Mirşahingil də ordaydı. Gedəndə çöməldi, “dediyini gətirmişdim, qaqa...” dedi. Gedəndə gördüm ki, çiynində iki avtomat var... Ramiz mənim yaddaşımda bax elə qalıb. İki avtomatlı, yorğun... Son dəfə görüşdüyümüzü bilsəydik...

Без названия.jpg (9 KB)

Ramizin ölüm xəbəri Şuşanın qara xəbərindən 8 gün əvvəl gəldi...Mən bu müharibədə sinif yoldaşlarımı, tanıdıqlarımı, tay-tuşlarımı itirdim. Amma Ramizin itkisi bunların hamısından ağır oldu. Çünki anlayırdım ki, o sıradan bir itki deyil, Ramiz bir qoşun, bir bölük idi o arıq vücudu ilə. Ramiz sevgisi ilə Şuşanın yarısını qorumağa qadir idi. Ramizdən sonra Şuşa yarımcan qaldı və...

484688.jpg (44 KB)

Bakıda Ramizin adına küçə var. Şuşada da yəqin ki, mütləq olacaq. Simvol adamdır Ramiz. 60 yaşlı Ramizi isə heç təsəvvür edə bilmirəm. Necə olardı, necə görünərdi, höcətliyi müdrikliklə əvəz olanardımı? Yox, Ramiz Şuşasız yaşaya bilməzdi... O 30 yaşında qalmağı üstün tutdu. Amma unudulmadı, 30 ildir Şuşa deyiləndə həm də Ramiz yada düşür. Həmişə də belə olacaq...
60 yaş nədir ki, qaqa, çox yaşa...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024

16 Mart 2024

10 Mart 2024