İnsanlara hürriyət, millətlərə istiqlal!

50 yaşlı Paşinyana Bakıdan təbrik əvəzi – Makronun acığına...

Dünən iyunun 1-də Ermənistan baş naziri Nikol Paşinyan 50 yaşını tamamlayıb. Maraqlıdır ki, onu ilk təbrik edən xarici ölkə lideri Vladimir Putin və Rusiya hökumət başçısı Mixail Mişustin olub. Kreml rəhbəri Paşinayana məktub göndərməklə kifayətlənməyib, həm də zəng edib.

Amma “böyük bacı” Fransanın prezidenti Makrondan səs çıxmayıb. Hər halda belə bir şey olsaydı erməni mediası dərhal yazardı. Nikol Paşinyan hökuməti də bu xüsusda rəsmi açıqlama yaymayıb. Ola bilsin az sonra olsun. Ancaq fakt budur ki, yubilyarı birinci yada salan məhz Rusiya prezidentidir. Nə demək bu?

Rəsmi məlumata görə, Paşinyanla telefon danışığı zamanı Putin iki ölkə arasında əlaqələrin inkişafına sadiq qalmağın vacibliyini vurğulayıb. Yəni Kreml başçısı bununla əslində Nikolu Ermənistanı Rusiya orbitində saxlamağa çağırıb. Bu adda simvolik dövlətin varlıq qarantının yenə yalnız Rusiya ola biləcəyinə onu inandırmağa çalışıb. Bir nov Moskvanın çox sevdiyi ənənəvi “qamçı və kökə” siyasəti...

Hərçənd Paşinyanın birmənalı qərbçi olduğunu söyləmək çətindir. 7 illik hakimiyyəti dönəmində indi o, daha az qərbpərəstdir, nəinki iqtidarının ilk illərində. Əgər Qərbə yönəlik boğazdan yuxarı bəyanatlar, Parisdə, Brüsseldə və Vaşinqtonda keçirilən formal təmaslar nəzərə alınmazsa. Qısası, hazırda “iki stul” siyasətindən danışmaq lazım gəlir.

Gerçək belədir ki, Köçəryan-Sərkisyan dövründə Ermənistanda Rusiya həbi bazaları harda durmuşdusa, orda da qalır. Kapitulyant ölkənin Moskvadan iqtisadi-ticari, energetik asılılığı hsnsı səviyyədə idisə, indi də ondan aşağı sayılmaz. Yeganə İrəvan beynəlxalq aeroportunda təhlükəsizlik prosedurlarını ruslar deyil, artıq ermənilərin özləri həyata keçirir. Bir də İranla sərhəd-buraxılış məntəqəsi haylara həvalə edilib.

Amma əvəzində Ukraynadakı işğalçı müharibə dövründə Avropadan Rusiyaya ixracı qadağan edilən məhsulların Rusiyaya təzədən ixracında (re-eksport) İrəvan Moskvaya müstəsna xidmət göstərib - təbii ki, bu zaman özü də babat qazanıb, büdcəsini zənginləşdirib...

Və əlbəttə ki, “iki stul” siyasətinin digər bariz təzahürü kimi Azərbaycanla sərhəddə yerləşdirilmiş Avropa İttifaqının casus-müşahidə missiyası. Hansını ki, İrəvan sülh müqaviləsi imzalanan kimi yığışdırmağa boyun olub.

Beləcə, Paşinyan hökuməti həm Qərbin, həm də Rusiyanın əlinə oynamaqla faktiki öz mövcudluğunu saxlamağa çalışıb və çalışır. Fəqət, acı gerçək belədir ki, Ermənistan ötən müddətdə nə kollektiv Qərbdən, nə də şimaldan etibarlı təhlükəsizlik zəmanəti ala bilib. “İki dovşan”ın ardınca qaçmaq məsələsi...

Acı reallıq həmçinin belədir ki, SSRİ-nin süqutundan sonra kapitulyant ölkə Rusiya orbitində qalmaqla nə inkişafa və rifaha nail olub, nə də öz təhlükəsizliyini təmin edib. Ermənistan Güney Qafqazın təcrid olunmuş dalan (“izqoy”) ölkəsi olaraq qalır.

Odur ki, erməni baş nazir yubiley ilində nəhayət, yeganə doğru seçimi etməyi bacarmalıdır. Bu da nə Qərbə, nə də Rusiyaya boylanmadan qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri vaxt itirmədən qaydaya salmaqdır. Legitim şərtlər bəlli...

İrəvanda nəhayət, anlamalıdırlar: “real Ermənistan”a ən güclü zəmanəti məhz Bakı və Ankara verə bilər. Paşinyan yubiley ilində öz xalqını buna inandıra və hazırlaya biləcəkmi? Ona ən böyük hədiyyəsini edəcəkmi? Zaman daralır. 2026-da belə fürsət ələ düşməyə bilər. Zatən ötən həftə özü də etiraf elədi ki, “Azərbaycanla sülh fürsətini qaçırmaq olmaz”.

Elə isə bu meydan, bu da böyük Şeytan. Rusiyanı deyirik. Vaxtı uzatmaq ən çox onun - Moskvanın xeyrinədir. Detalları yazmağa lüzum varmı?..

P.S. Bu da olsun bizim Paşinyana yubiley təbriki əvəzi. Hələ də susan Makronun acığına...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Iyun 2025

03 Iyun 2025

02 Iyun 2025

30 May 2025

28 May 2025

26 May 2025

23 May 2025

19 May 2025

17 May 2025

16 May 2025

13 May 2025

09 May 2025

07 May 2025

02 May 2025

26 Aprel 2025

19 Aprel 2025

14 Aprel 2025

07 Aprel 2025

01 Aprel 2025

24 Mart 2025

17 Mart 2025

14 Mart 2025

12 Mart 2025

07 Mart 2025

05 Mart 2025

28 Fevral 2025

26 Fevral 2025

25 Fevral 2025

22 Fevral 2025

17 Fevral 2025