İnsanlara hürriyət, millətlərə istiqlal!

350 milyonluq ABŞ-ın 350 xilasedici göndərməyə ürəyi yetmədimi?

 

Eləcə də nəhəng Almaniyanın zəlzələ bölgəsinə  Tacikistandan, bütün silah arsenalını Ukraynaya bağışlayan İngiltərənin İrandan da az canqurtaran göndərməsinə nə ad verəsən?

Fəlakət Türkiyəni elə bir yerdə yaxaladı ki, dünyası yıxıldı. Faciənin miqyası həm də o qədər böyükdür ki, ölkənin bu ağır yükün altından necə çıxacağı haqda adam indilikdə düşünmək belə istəmir. Ölkə seçkiyə hazırlaşırdı, AKP iqtidarı sosial çətinlikləri bir az yüngülləşdirmək üçün iqtisadi paketləri işə salmışdı, bir neçə gündən sonra İstanbulda Türkiyənin qaz xabına çevrilməsi ilə bağlı mühüm müzakirələr də gözlənilirdi. Hər şey bir neçə saniyənin içində alt-üst oldu. Türkiyənin bu, enkazın altından qalxması əlbəttə ki, zamanla mümkün olacaq. Türkiyə sarsılsa da, dizini bükməyəcək…  

Biz bu çətin günlərdə olmalı və doğru yerdəyik, bizim bu Yer kürəsində Türkiyədən başqa heç kimimiz yoxdur, onun başına gələn faciəni o səbəbdən bu cür ağrılı qarşılayırıq...Bu, Türkiyəni ayrı-ayrı fərdlərinə, adamlarına, hətta hər gün evimizə qonaq olan dizi qəhrəmanlarına sevgi  də deyil. Bu, özümüzün olan dövlətə bağlılıq sevgisidir… Bu zəlzələ böyük çat yaratdı- həm insanların ürəyində, həm fəlakət gətirdiyi torpaqlarda. Amma biz daha da  birləşdik. Görünməmiş birlik göstərdik. Türkiyənin gücü bizim gücümüzdürsə, Türkiyənin zəifləməsi demək, bizim zəifləməyimizdir. Bu birlik mesajının mənası böyükdür. Biz qardaşıq. Təmənnasız. Minnətsiz. Əbədi... 

Qərb neçə vaxtdır Türkiyəni sıxırdı, Ərdoğan ya hədəf alınırdı, ya hədəfə çıxarıldı.  Əxlaqsız nəşrin  zəlzələ ilə bağlı karikaturası əslində Fransa daxil bəzi Qərb ölkələrinin mövqeyi ilə uzlaşır. “Türkiyəyə tanklar lazım olmadı, özü dağıldı” imasının mənası həm də odur ki,  sözəbaxmaz hakimiyyəti devirmək üçün bu ölkəyə tanklar da göndərilə bilərmiş. Bunu bir dəfə dövlət çevrilişi cəhdində sınadılar, amma xalq imkan vermədi. Yenə bu kimi cəhdlər başqa müstəvilərdə davam edirdi, şübhə yoxdur ki, bu cür faciənin içərisində belə, Türkiyədə qarışıqlıq yaratmaq üçün fürsət güdəcəklər.  

Demirəm o liderlər ki, Ərdoğana antipatiya bəsləyirlər və Türkiyənin güclü dövlətə çevrilməsini istəmirlər, indi sevinirlər, amma bu cür ciddi zərbə almasından da öz çıxarılarını hesablamımış deyillər. Dünya bu cür sürtük, çürük liderlər hələ görməyib. Dünən Zelenskinin başına yığışıb, ABŞ-ın dünyanı yenidən şəkilləndirməsi projesində iştirak edənlər hərəsi bir dövlətin lideridir, nə olsun, cılız, asılı, üstəlik qeyri-səmimi olduqlarını gizlədə də bilmirlər. Ukrayna müharibəsini səmimi olaraq bitirmək istəyən bir kişi vardı ortada, indi onun öz dərd-səri var. Bir az rahatladılar sanki, Türkiyənin hər mövzuda yola gətirmək məsələn, Almaniya lideri Şoltz kimi asan deyil axı...

Türkiyənin başına gələn müsibətdən nə qədər qəddar səslənsə də, gələcəkdə Ərdoğana qarşı istifadə edəcəklər. Mən Türkiyənin müttəfiqlərinin  yardımlarını onların dövlət kimi gücü daxilində hesab etmirəm. Ronaldoya aylıq bir neçə milyonu peşkəş edən Qətər, pullarının sayı-hesabı bilinməyən Birləşmiş Ərəb Əmirlikləri kimi müsəlman dövlətlərinin Türkiyəyə ciddi dəstək olmaması başqa söhbət, başqa dərddir. Bəs, 350 milyon əhalisi olan Amerikanın Türkiyəyə 350 xilasedici göndərməyə gücümü yetmədi? Eləcə də nəhəng Almaniyanın zəlzələ bölgəsinə  Tacikistandan da az xilasedici göndərməsinə nə ad verəsən? İngiltərə bütün silah arsenalını Ukraynaya verib az qala, amma Türkiyəyə İrandan da az xilasedici göndərib. Aşkar görünür ki, Avropanın bəzi ölkələri Türkiyədəki xilasetmə  əməliyyatında öz imkanlarından çox aşağı iştirak edir.

Eləcə də zəlzələdən zərərçəkənlər üçün Amerikanın bir neçə milyon dollar ayırması da düşündürücüdür. Bunların gündəmi aydındır, milyardlar Ukrayna poliqonunda havaya sorulur. İnsan-insanı öldürsün deyə, milyardlar xərclənir, hələ də xərcləyəcəklər. Türkiyə  gözlərinə batırdı, neçə vaxtdır, Ərdoğanın “əl-qolunu” yığmaq üçün yollar axtarırdılar. Onların vaysınlamaqları yalandır, mən onların timsah göz yaşlarına inanmıram. Türkiyə kimi müttəfiqi itirmək istəmirlər, amma Ərdoğanı qəbul etmirlər də... Çünki şəxsiyyətdir, güclü liderdir, onların dediyi ilə durub-oturmur.  

Türkiyəyə və xalqına bu soyuq münasibət göstərənlər unudurlar ki, bu, təkcə türkün başına gələn iş deyil. Əmir Teymur deyərdi ki, bu dünyanın hamı üçün ildırımı, seli, daşqını, zəlzələsi var…     

Nazim SABİROĞLU,
Musavat.com     

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024

16 Mart 2024

10 Mart 2024