Onlayn ictimai-siyasi qəzet
Bu gün Xocalı soyqırımı qurbanlarını rəhmətlə anırıq. Əslində şəhidlərimizi həmişə yad edərik. Boynumuzun borcu. İtkin düşmüş, yer-yurdu, məzarı naməlum soydaşlarımızı isə məxsusi anırıq.
Anırıq, eyni zamanda, “bu bəla-müsibətlərdən necə sığortalanaq” sualı da ilboyu bizi rahat buraxmır. Necə edək ki, Azərbaycana zorla qonşu edilmiş mənfur tayfanın şər-xətasından heç olmasa, gələcək nəsillərimizi etibarlı şəkildə qoruyaq...
Suala cavab tapmaq üçün yaxın tarix köməyimizə gəlir. Nə pıçıldayır tarix qulağımıza?
“Amerika” açmarıq yazsaq ki, son 120 ildə (1905-1906, 1918 mart və 1988-1992, 1920-1930) erməni alçaqlar əsasən bir halda xalqımızın başına müsibətlər aça, bizdən torpaq qopara biliblər: mərkəzi hakimiyyət güclü olmayanda, yaxud ümumiyyətlə olmayanda (millət yiyəsiz qalanda) və hakimiyyət boşluğu yarananda - hansı ki, o da elə hakimiyyət zəifliyi nəticəsində yaranır.
Nə demək güclü hakimiyyət? Əlbəttə, xalqın etimad və inamına sahib, gücünü ondan alan legitim hökumət, legitim və uzaqgörən lider...
Yada salaq, iki illik Cümhuriyyət dönəmində erməni böyük bir qələt edə bilmişdimi? Xeyr. Ona görə ki, yetərincə hərbi, diplomatik bacarığa, legitimliyə malik mərkəzi hökumət mövcud idi Azərbaycanda. Getdikcə də möhkəmlənirdi.
Amma rus işğalçı ordusunun hücumu nəticəsində Cümhuriyyət süqut edən kimi, faktiki yiyəsizlik şəraitində, Nəriman Nərimanov daxil, kosmopolit azərbaycanlı kommunistlərin dövründə Qərbi Zəngəzuru dərhal bizdən alıb Ermənistana bağışladılar. Üstəgəl, Qarabağda “gec partlayan bomba” - DQMV qurdular (1923).
Və ya Qarabağ üzərində suverenliyimiz fam olaraq nə vaxt bərpa olundu? Mərkəzi hakimiyyətin gücü pik həddə çatanda, bunun məntiqi yekunu kimi, hərbi, iqtisadi qüdrətimiz düşməni qatı ilə üstələyəndə...
Beləcə, daim döyüş qabiliyyətimizin, siyasi-diplomatik gücümüzün üstünlüyünün qeydinə qalmalı, “çomağı” əldən yerə qoymamalıyıq. Daxili didişmələr, illah da hakimiyyət çəkişmələri bu millətə, Azərbaycana yaraşmaz. Heç yaraşmaz.
Allah eləməsin, bu, öz əlimizlə təzədən ayağımıza güllə atıb özümüzü ağır yaralamaq və pusquda duran, heç vaxt mürgü vurmayan şərəfsiz haylara yeni fürsət tanımaq olar. Yetməzmi? Axı atını artıqlaması ilə çəkmişik (1988-93).
Bunu da unutmayaq ki, 1905-1906 erməni talanları olanda Osmanlıda heç məlum hadisələr yaşanmamışdı. (1915). Başqa sözlə, erməni xisləti əslində 100 ilin problemi də deyil, kökü daha dərindədir. Onu yandırmaq milli vəzifəmiz.
Təbii ki, bundan ötrü yaşadığımız fəlakətləri öncə tarix dərsliklərinə salıb nəsildən-nəslə ötürmək vacibdir. Hər orta məktəbdə “genosid muzeyi” və ya “xatirə guşəsi” də yaratmaq olar...
İndi kimsə irad tuta bilər ki, bəs başdan xəstə erməninin, faşistin səviyyəsinə niyə enməliyik, XXI əsrdir-filan. Yəni humanizm, pasifizm kimi şeylər.
Xeyr, o səviyyəyə enmirik. Enmək mümkünsüz. Çünki gənc nəslə, övladlarımıza yalnız gerçəyi anladır, kin-nifrət yox, yalnız həqiqəti təbliğ edirik. Diqqət edin, əgər biz yalnızca olan şeyləri yazıb saxlayırıqsa, erməni - Xocalı soyqırımını belə həyasızcasına adımıza çıxan sırtıq toplum yalanı, saxtakarlığı, uydurmanı “sənədləşdirir”, Türkə heyvani nifrəti körükləyir.
Aramızdakı əsas fərq bu. Qoy erməni də başına gələnləri və onların səbəblərini olduğu kimi etiraf edib yazsın. Bacararmı? Məsələ bundadır...
Odur ki, məkrli qəbilənin şirin dilinə, saxta təbəssümünə zərrəcə fikir vermədən işimizi bütün zamanlar üçün möhkəm tutaq, arxayınlaşmayaq, hərbi zəfərimizi istismar etməyəcək, sərvaxtlağımızı itirməyək, ən əsası, unutqan olmayaq.
Şəksiz ki, qardaş Türkiyə “ət-dırnaq” kimi olmağa davam edib. etibarlı dost-müttəfiqlərimizin sayını artırmaq və onların qədrini bilmək də öz yerində. Yoxsa zillət bizdən uzaq olmayacaq...
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ