Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xalqı öz şərəfli tarixinin möhtəşəm, bənzərsiz günlərinə şahidlik eləməkdədir. Qarabağın yerdə qalan yaşayış məntəqələrində, özəlliklə keçmiş “Şeytan yuvası” Xankəndində də müstəqillikdən sonra ilk dəfə üçrəngli bayrağımızın dalğalanmasını görmək, əlbəttə, sözlə ifadə ediləsi hisslər deyil. Eyni zamanda, bu, bizimlə hələ də diktat dilində danışmağa çalışan Fransa daxil, məkrli dövlətlərə və mərkəzlərə, erməni lobbisi və terror ocağı erməni katolikosluğuna gözdağıdır.
Nəhayət, bu, bir daha bütün dünyaya “Biz Qarabağa həmişəlik qayıtmışıq!” mesajıdır; “bəlkə də qaytardılar” ümidi ilə yaşamağa davam edən nasist-revanşistlərin, insanlıq düşməni separatçı tör-töküntülərin, irqçi-faşistlərin “miatsum” kitabının birdəfəlik bağlandığının ismarışıdır.
Hərçənd hələ də yatıb yuxuda “status”u xəyal edənlər var. Mifik “artsax”ın qondarma “özünü müdafiə ordusu”nin keçmiş “komandanı”, erməni hərbi canilərindən olan Samvel Babayan kimi.
“Əgər Artsaxa xüsusi status, yaxud muxtar vilayət statusu verilməsə, sakinləri geri qayıtmayacaqlar”.
Ermənistana qaçıb canını güclə qurtarmış quldur Babayan yerli mediaya belə deyib. İrəvanda oturan zat Azərbaycan dövlətini həm də öz aləmində bu cür təhdid edib. Kim kimi?! Amma dünənədək “müstəqillik” davası aparır, “Azərbaycan Şuşada öz bayrağını görmək istəyirsə, icazəmizlə konsulluq aça bilər”, - deyə göylərlə gedir, bizi aşağılayır, həqarət edirdilər...
Bu zavallıya hələ də çatmayıb ki, status çoxdan cəhənnəmlik olub və Azərbaycan 1923-cü ilin iyulundakı kimi təzədən öz altına gec partlayan “saatlı bomba” qoymayacaq!! Çünki erməni azlıq, onun xaricdəki havadarları muxtariyyətin qədrini bilmədi, ondan sui-istifadə edib Azərbaycan xalqının başına olmazın müsibətlər gətirdilər.
Dəli-zad deyilik ki, gələcək nəsillərə köhnə və dəhşət vəd edən “miras” saxlayaq. Aydın məsələdir ki, Qarabağ erməniləri üçün hər hansı muxtariyyət statusu xarici güclərin əlində Azərbaycan dövlətinə qarşı daimi təhdid və təzyiq vasitəsi olacaq.
İkincisi, belə bir status yalnız “güzgü prinsipi” ilə verilə bilər. Yəni 80-ci illərin sonunda Ermənistandan qovulmuş soydaşlarımıza hansı status, muxtariyyət tanınacaqsa, Qarabağdakı erməni azlıq da ona ümid edə bilər (Biz hələ 1948-50-ci illərdə Stalinin Ermənistandan zorla deportasiya etdirdiyi - bu da etnik təmizləmə idi - soydaşlarımızı demirik).
İndilikdə isə Bakının reinteqrasiya ilə bağlı konkret proqramı, “yol xəritəsi” ortada. Onu qəbul edən Qarabağ doğumlu erməni qayıda bilər. Etməyən, “statusdan” dəm vuran isə getsin su içsin...
Buradaca qeyd edək ki, bir neçə gün qabaq BMT yanında Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın əsassız iddiaları ilə bağlı dinləmələrdə (yekun qərar bu həftə gözlənilir) erməni tərəfini təmsil edən vəkillərdən biri (erməni deyildi) ölkəmiz əleyhinə çıxışı zamanı SSRİ dönəmində Qarabağdakı ermənilərin muxtar vilayət statusunun olduğunu qabartdı. Məlumdur ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Rusiya xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə “keçmiş DQMV” ifadəsini işlədiblər.
Ancaq bunlar boşuna cəhdlərdir. Qatar çoxdan gedib...
“Qarabağda qalmağa qərar verən ermənilərin heç bir xüsusi özünüidarə forması olmayacaq. Çünki istənilən status protektoratlığı, xarici himayədarlığı özündə ehtiva edir”.
Bunu məşhur amerikalı analitik, Ceymstaun Fondunun (ABŞ) aparıcı eksperti Vladimir Sokor deyib (Haqqin.az.)
“Qərbdə hələ də Qarabağın xüsusi statusunun lehinə səslər eşidilir. Amma etnik azlıq üçün xüsusi status xarici qüvvələrin himayədarlığını nəzərdə tutur ki, bu da Azərbaycanın maraqlarına ziddir. Ona görə ki, status xarici qüvvələrə ölkənin daxili işlərinə qarışmaq hüququ verir. Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığı, yerli hakimiyyət orqanları, yəni bələdiyyə və bələdiyyə sədrləri olacaq, yerli seçkilərdə sərbəst şəkildə seçiləcəklər. Vəssalam. Yalnız bu”, - analitik əlavə edib.
Bir də başınız üstündə dalğalanacaq və heç vaxt enməyəcək Azərbaycan bayrağı. Yaxşı-yaxşı eşitdiniz, gördünüzmü samvel babayanlar və hər cür - yanlar?..
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ