İnsanlara hürriyət, millətlərə istiqlal!

Zülfüqar Hüseynzadə Kəlbəcərə buna görə gedibmiş - 4 gün ərzində...

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər saatlarında Kəlbəcərdə vəfat edib.

Musavat.com xəbər verir ki, “Qafqazinfo” onun Kəlbəcərə hansı səbəbdən getməsi ilə bağlı bəzi məlumatları əldə edib.

Məsələ burasındadır ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşən zaman vəfat edib. Qadın qaçaqaç məqamında dəfn edildiyi üçün onun məzarına hər hansı nişan qoyulmayıb. Yalnız Kəlbəcər işğaldan azad olunandan sonra Zülfüqar Hüseynzadə nənəsinin məzarını tapmaq qərarına gəlib. O, ötən il bununla bağlı Prezident Administirasiyasına icazə üçün müraciət edib və müsbət cavab alıb.

Lakin ötən il hava şəraiti səbəbilə qadının məzarını tapmaq mümkün olmayıb. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb geri dönməliydilər. Lakin Zülfüqar Hüseynzadənin anidən şəkəri yüksəlib. Jurnalist yaxınlıqdakı hərbi hospitala aparılsa da, yolda keçinib.

Allah rəhmət eləsin!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR