İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskdan respublikaçılara ağır ittiham: “Trampın qanunu siyasi intihardır"  

Məşhur sahibkar və “Tesla”nın qurucusu İlon Mask ABŞ Senatında qəbul olunan yeni xərclər və vergi qanun layihəsinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Mask “X” platformasında paylaşdığı açıqlamada sözügedən qanunun Respublikaçılar Partiyası üçün dağıdıcı nəticələr verəcəyini bildirib:
“Sorğular göstərir ki, bu qanun Respublikaçılar Partiyası üçün siyasi intihardır”, – deyə o yazıb.

Qeyd edək ki, qanun layihəsi prezident Donald Tramp tərəfindən hazırlanıb və respublikaçılar tərəfindən "vahid, böyük və gözəl" kimi təqdim olunub. Lakin Mask bu təşəbbüsün həm iqtisadi, həm də siyasi cəhətdən ABŞ-a ciddi zərbə vurduğunu düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR