İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Pakistdandakı terrorda iştirakını inkar edir

Hindistan Xarici İşlər Nazirliyi İslamabadın Pakistanın şimal-qərbində 16 nəfərin ölümü ilə nəticələnən hərbi karvana hücumla bağlı ittihamlarını qəbul etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu mövqe nazirliyin bəyanatında əksini tapıb: "Biz Pakistan ordusunun iyunun 28-də Vəziristandakı hücuma görə Hindistanı günahlandırmaq istədiyi rəsmi bəyanatını gördük. Biz bu bəyanatı layiq olduğu hörmətsizliklə rədd edirik".

Qeyd edək ki, iyunun 28-də AFP agentliyi Pakistan dövlət və təhlükəsizlik rəsmilərinə istinadən xəbər verib ki, Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində kamikadzenin hücumu nəticəsində azı 16 nəfər ölüb. O, partlayıcılarla dolu avtomobili əsgər karvanına sürüb. Hadisə nəticəsində 40-dan çox yaralı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR