İnsanlara hürriyət, millətlərə istiqlal!

Zöhrabyan: Paşinyanın BUNA cəsarəti çatmaz


Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsini ratifikasiya üçün ölkə parlamentinə göndərməyə cəsarəi çatmaz.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistan parlamentinin eks-deputatı, ictimai xadim Naira Zöhrabyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsində bu sənədin Əsas Qanuna uyğunluğu məsələsinə baxılması və Roma Statutunun Konstitusiyaya zidd olmadığı barədə qərarın çıxarılması xarici qüvvələrin iradəsinin yerinə yetirilməsi olub. Bununla belə, Paşinyanın məsələni sona qədər görməyə cəsarəti çatmır. Zöhrabyanın fikrincə, Paşinyan bununla qondarma “DQR”i mövcudluğunu heçə endirir.

“Ermənistan Roma Əsasnaməsini ratifikasiya etməyə hazır olduğunu açıq şəkildə bildirdikdə, Rusiya tərəfi də Azərbaycan tərəfinin alternativ torpaq yolu bağlaması məsələsinə qarışmaya bilər”,-deyə Zohrabyan söyləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR