İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyexdən təqdirəlayiq addım - mükafatını yoxsullara verəcək

Mərakeş millidinin üzvü Hakim Ziyex təqdirəlayiq addımla gündəmə gəlib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin yarımfinalına yüksəldiyinə görə federasiya tərəfindən ona ayrılan mükafatı almayacağını açıqlayıb. Ziyex bu pulu yoxsullara ayırdığını bildirib. Lakin federasiyanın futbolçulara ayırdığı məbləğ məlum deyil.

Ziyex bunu da qeyd edib ki, milli komandadakı çıxışlara görə heç vaxt mükafat və pul almayıb.

Qeyd edək ki, Mərakeş DÇ-2022-nin yarımfinalında Fransa ilə qarşılaşacaq.

Xatırladaq ki, Ziyex 2015-ci ildən Mərakeş millisinin üzvüdür. O, həmçinin "Çelsi"nin futbolçusudur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR