Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 21-24 may tarixlərində TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Müdafiə məsələləri komitələrinin sədrləri üçün təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcək.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Tədbirlər çərçivəsində komitə sədrinin “TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik arxitekturası” mövzusunda keçiriləcək iclasda iştirakı, həmçinin Türkiyə Aerokosmik Sənayesinə, ASELSAN Akyurt kompleksinə və Baykar şirkətinə səfərləri nəzərdə tutulur.
Səfər mayın 24-də başa çatacaq.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ