Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın ötən həftə kriptovalyuta investoru olan dəstəkçiləri üçün təşkil etdiyi bahalı tədbir tənqid hədəfinə çevrilib.
Musavat.com “The Telegraph”a istinadla xəbər verir ki, tədbirdə iştirak dəvətnaməsi hər qonağa 1,7 milyon dollara başa gəlib. Lakin qonaqlar verilən yeməyi “təyyarə yeməyindən də pis” adlandırıblar.
Tənqidlər bununla bitməyib – iştirakçılar həm də Trampın çıxışını “birmənalı olmayan və əlaqəsiz” kimi qiymətləndiriblər.
Qeyd edək ki, bu “eksklüziv” tədbir Trampın kriptovalyuta təşəbbüslərini dəstəkləmək məqsədilə keçirilmişdi.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ