İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurun açılması qarşılığında həbsdəki ermənilər azadlığa buraxılacaq?

Bakıdan getdikdən sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana zəng etməsi və telefon söhbətində müzakirə edilən məsələlər erməni mediasında ciddi müzakirə mövzularından biri olaraq qalır.

Rəsmi məlumata görə, Rusiya Prezidenti Azərbaycana səfərinin nəticələri barədə Emrənistanın baş nazirinə məlumat verib. Paşinyan isə buna görə V.Putinə təşəkkür edib. Liderlərlər Ermənistan-Rusiya ikitərəfli gündəliyində dayanan məsələləri müzakirə etmək üçün ilk fürsətdə görüşmək barədə razılığa gəliblər.

88142_large.jpg (21 KB)

Yekramas.org yazır ki, İrəvan rəsmi xəbərdən başqa telefon söhbətində konkret nələrin müzakirə olunduğu haqda susur:

“Amma ən yüksək səviyyədə söhbət ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Rusiya XİN-in mətbuat üzrə rəisi Mariya Zaxarovanın mövqeləri bu söhbətin nələrdən ibarət olduğuna açar rolu oynaya bilər. Həm Lavrovun, həm də Zaxarovanın bəyanatlarında Zəngəzur dəhlizinin açılması mövzusu gündəmə gətirilib”.

Yada salaq ki, Lavrov bir neçə gün əvvəl Bakıda Ermənistanı kommunikasiya yolları ilə bağlı razılaşmaları sabotajda ittiham edib və İrəvanı sabitliyi pozmamağa çağırıb. Ermənistanın Lavrova sərt etirazına cavab verən Zaxarova isə bildirib ki, bu, Rusiyanı öz səhvlərinə görə günahlandırmaq üçün növbəti cəhddir:

“Bu, rəsmi İrəvanın öz səhv strateji hesablamalarını başqalarının, indiki halda Rusiyanın üzərinə atmasının növbəti nümunəsidir”.

Zaxarova deyib ki, beynəlxalq yüklərin tranziti və gömrük nəzarəti məsələləri həll olunub. Amma sərhəd nəzarəti məsələlərində erməni tərəfinin etirazı səbəbindən dəmir yolu xətlərinin işə salınması ilə bağlı yekun razılığa gəlmək mümkün olmayıb. Onun sözlərinə görə, İrəvan əvvəllər razılaşdırılmış mövqelərindən geri çəkilib, Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı qarşılıqlılıq prinsipində israr etməyə başlayıb, Rusiya sərhədçilərinin təkcə Ermənistan yox, həm də Azərbaycan tərəfində olmasını istəyib.

16964150252146526153651d3d319bb5e.jpg (121 KB)

“Nəzəri olaraq təsəvvür etmək olar ki, Moskva, İrəvan və Bakının vasitəçiliyi ilə razılığa gəliblər: İrəvan Rusiyanın FSB-nin sərhədçilərinin nəzarəti altında Sünik vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin edir, Bakı isə Qarabağa qayıtmaq istəyənlərə təhlükəsizlik zəmanəti verir”, - deyə, erməni saytı yazır.

“İrəvan buna razılıq versə, məsələn, Bakı həbsxanalarındakı ermənilərin azad edilməsi məsələsinin həlli ilə bağlı daha çox şey əldə edə bilər. Bəs Paşinyana bu lazımdırmı? Onun üçün artsaxlıların geri qayıtması problemdir, əlavə baş ağrısıdır. Və nəhayət, Moskvanın vasitəçiliyi ilə İrəvanla Bakı arasında razılığın əldə olunması perspektivi həqiqətən də yaranarsa, aydındır ki, Paşinyanın Qərbdəki kuratorları dərhal onun Rusiya vasitəçiliyindən imtina etməsinə nail olacaqlar”, - deyə, yazıda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR