Onlayn ictimai-siyasi qəzet
İyunun 19-da saat 21:40 radələrində bir nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.
Musavat.com erməni mediasına istinadən bildirir ki, hadisəni Zəngəzur vilayətinin keçmiş qubernatorunun oğlu törədib. Cani 46 yaşlı kişini güllələyib. Xəstəxananın həkimləri yaralının polisə izahat verə bilmədiyini bildiriblər. Lakin əməliyyat otağına aparılmazdan əvvəl o, həkimlərə xəsarətin yıxılma nəticəsində olduğunu deyib. Erməni mediası yazır ki, həkimlər sonuncunun həyatı üçün mübarizə apararkən hüquq-mühafizə orqanlarının əməkdaşları onun şəxsiyyətini müəyyən ediblər - bu, Zəngəzur vilayətinin 46 yaşlı sakini Armen Baqdasaryandır.
Polisin müəyyən etdiyi kimi, həmin gün saat 20:30 radələrində yol kənarında yerləşən xidmət məntəqəsində Armen Baqdasaryanla Zəngəzur sakini Tiqran Xaçatryan arasında mübahisə baş verib, sonuncu odlu silahdan atəş açıb və Baqdasaryanı yaralayıb. Məlumata görə, Tiqran Xaçatryan Sünik vilayətinin keçmiş qubernatoru Suren Xaçatryanın (Lisk) oğludur. O da bildirilir ki, hadisəni törədən Tiqran Xaçatryan uzun müddət başqalarına açıq hörmətsizlik edərək söyüşlər səsləndirib
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ