İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi noyabrın 5-nə qədər açılacaq - Gevondyan

Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar.

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan deyib.

Gevondyan iddia edir ki, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan noyabrın 5-nə qədər sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq.

“Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək”, - erməni politoloq vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR