İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Dünyada yeni geosiyasi dəyişiklik müşahidə edilir. Qarabağ zəfərini də bu kontekstdən dəyərləndirə bilərik. ABŞ-nin zəifləməsi, Çinin ön plana çıxması yeni dünya nizamının qurulmasına yol açdı. Azərbaycan bu dəyişiklikdən ağılla istifadə edərək Qarabağı azad etdi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

asif.jpg (298 KB)

O bildirib ki, ordunun və dövlətin gücü ilə yanaşı, geosiyasi şərtlər də əlverişli olduğu üçün Azərbaycan strateji gediş etdi:

“Yeni dünyada türk dünyasına inteqrasiyaya həm Qarabağ zəfəri fonunda, həm də türk birliyinin güclənməsi fonunda baxa bilərik. Çindən başlayaraq Mərkəzi Asiyadan keçərək Avropaya doğru uzanan dəhliz üzərində yerləşən dövlətlərin birliyinə ehtiyac var. Bu coğrafiyada da əsasən türk dövlətləri yerləşir. Orta dəhliz üçün ən böyük maneə Qarabağın işğal altında olması idi. Azərbaycan bu maneəni aradan qaldırmaqla Orta dəhlizi aktuallaşdırdı. Qarabağın azad edilməsi həm də türk birliyi önündəki problemi aradan götürdü”.

Asif Nərimanlı vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması üçün də siyasi iradə yaranıb:

“Qarabağın azad edilməsi ilə Zəngəzur dəhlizinin açılması da aktuallaşdı. 2019-cu ildə Türk dövlətlərinin Bakı sammitində Prezident İlham Əliyev bəyanat vermişdi ki, Zəngəzurun işğalda olması türk dünyasının coğrafi parçalanmasının əsasını təşkil edir. Əslində bu, bir mesaj idi ki, türk dünyasının coğrafi birliyi üçün Zəngəzur dəhlizinə ehtiyac var. Hazırda bu layihə reallaşmasa da, siyasi iradə var. Bu və ya digər formada layihə həllini tapacaq. Türk dünyası bu coğrafiyada regional güc kimi ortaya çıxır. Dərin inteqrasiya və birləşmə beynəlxalq münasibətlərdə rolunu artıracaq. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü dəyişərsə, təmsilçilərdən biri türk birliyi ola bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR