İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN: ‘Tramp marşrutu’ Vaşinqton Bəyannaməsi əsasında reallaşır – blokada bitəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi) icrası ilə bağlı yeni açıqlama verib. Onun sözlərinə görə, detallar Ermənistan və ABŞ nümayəndə heyətləri arasında aparılacaq danışıqlarda dəqiqləşdiriləcək.

Musavat.com-un məlumatına görə nazir bildirib ki, bu məsələdə Azərbaycanla da ortaq təsəvvürlər mövcuddur və həmin məqamlar imzalanmış Vaşinqton Bəyannaməsində öz əksini tapıb:
Orada göstərilir ki, blokadanın aradan qaldırılması iki ölkənin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik və yurisdiksiya prinsipləri əsasında, maneəsiz və qarşılıqlı faydalı şəkildə həyata keçiriləcək.”

Jurnalistlərin, niyə sənəddə Ermənistanla bağlı hissədə “maneəsiz yol” ifadəsinin yer almadığına dair sualını cavablandıran Mirzoyan isə belə deyib:

Maneəsiz nə deməkdir? Ermənistanın bununla bağlı öhdəliklərini təsbit edən onlarla konvensiya və beynəlxalq sənəd var. Bu öhdəliklər təkcə Azərbaycana qarşı deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR