İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdə məşhur türkiyəli aktyor erməni əsilli həyat yoldaşı ilə birlikdə həyatlarını itirdi - FOTO

10 vilayətdə böyük dağıntılara səbəb olan, minlərlə insanın ölümünə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölü sayı günü-gündən ağırlaşır. Bölgədən ümidverici xəbərlərlə yanaşı, üzücü xəbərlər də var.

Musavat.com xəbər verir ki, türkiyəli aktyor Çağdaş Çankaya və musiqiçi həyat yoldaşı Zilan Dəclə Diyarbakırın Yenişehir səmtində zəlzələ zamanı aşan 9 mərtəbəli binanın dağıntıları altında həyatını itirib.

Qeyd edək ki, aktyor Çağdaş Çankaya məşhur serial "Kuruluş Osman"dakı rolu ilə tanınırdı.

Bildirilib ki, Çankaya və Dəclənin yerləşdiyi mənzildən səs gəldiyi üçün ümidlər son ana qədər tükənməyib. Amma bu gün üzücü xəbər gəlib. Soyuq havaya görə daha dözə bilməyən cütlüyün cansız cəsədləri tapılıb.

Onu da bildirək ki, erməni əsilli Zilan Dəclə müxtəlif dillərdə oxuduğu mahnılarla tanınırdı.

Musavat.com

Kuruluş Osman'ın oyuncusu Çağdaş Çankaya ve müzisyen eşi Zilan Tigris Diyarbakır'daki depremde hayatını kaybetti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR