Onlayn ictimai-siyasi qəzet
Hindistanda iki qardaş ailə münaqişəsi zamanı 62 yaşlı analarını vəhşicəsinə qətlə yetiriblər.
Bu barədə Oxu.Az "Times of India" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, onlar yaşlı qadını ağaca bağlayıblar və yandırıblar.
"Qadının yandırıldığı barədə məlumat alan polis qrupu ora gedib və ağaca bağlanmış, yanmış meyit aşkarlayıb. Biz yarılma üçün meyiti xəstəxanaya apardıq", - deyə polis zabiti Kamal Krişna Koloy bildirib.
Məlum olub ki, ilyarım əvvəl ərinin ölümündən sonra qadın oğulları ilə yaşamağa başlayıb. İndi kişilər analarını qətlə yetirməkdə şübhəli bilinərək həbs ediliblər.
Hadisə ilə bağlı araşdırma davam edir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ