Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində 800-dən çox insan həyatını itirib, 2,500-dən artıq şəxs isə yaralanıb.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, ölkə hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, dağıntılardan xilasetmə işləri davam edir. Onun sözlərinə görə, yerli icra orqanları və sakinlər zərərçəkənlərə yardım göstərir, mərkəzi və qonşu bölgələrdən gələn xilasetmə komandaları isə əraziyə çatmaq üzrədir.
Mücahid həmçinin vurğulayıb ki, xilasedicilər evlər və infrastrukturu dağıdan zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün əllərindən gələni edir.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ