İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ bölgəsinə gedən AFAD maşını dəhşətli qəzaya düşdü- 1 ölü, 9 yaralı  

Zəlzələ bölgəsinə gedən AFAD maşını 1 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza törədib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Terminal qovşağında baş verib. 50 AAD 839 nömrəli avtomobil terminala doğru dönərkən Aksaraydan gələn 68 AAP 4435 nömrəli AFAD əməkdaşlarını daşıyan mikroavtobusla toqquşub. Qəza yerinə çox sayda təcili yardım, polis, yanğınsöndürən qrupları sövq edilib.

Adı hələlik müəyyən edilə bilməyən avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. AFAD avtomobilinin sürücüsü və 8 sərnişin xəstəxanaya aparılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR