İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanı kriptovalyutadan vurmağa başladı

ABŞ Rusiyanın bir vətəndaşına və Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib. Musavat.com xəbər verir ki, bu haqda məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

Məlumatdan aydın olur ki, rusiyalı Sergey İvanova kiberməkanda çirkli pulların yuyulması sxemində iştirak edir. Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş və Rusiyada fəaliyyət göstərən kriptovalyuta birjası Cryptex sanksiya siyahısına salınıb.

ABŞ Dövlət Departamenti həmçinin İvanovun, eləcə də barəsində sanksiyalar tətbiq olunmayan Timur Şahmametovun həbsinə və ittiham olunmasına səbəb olacaq məlumatlara görə 10 milyon dollar mükafat elan edib. Onların “beynəlxalq mütəşəkkil cinayətkarlıqda iştirak etməyə cəhd etdikləri” bildirilir. Məlumata görə, Şahmametov "oğurlanmış kredit kartı məlumatlarının və şəxsi məlumatların" satışı üçün platformanın yaradıcısıdır.

Qeyd edək ki, Rusiya sanksiyalı malların idxalı zamanı ABŞ-ın ikincili sanksiyaları ilə üzləşməmək üçün kriptovalyutalardan istifadə etməyə başlayır. Artıq ölkədə müvafiq hüquqi baza da formalaşdırılır. Belə görünür ki, ABŞ bu cəhdin qarşısını almaq üçün indidən hərəkətə keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR