Onlayn ictimai-siyasi qəzet
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.
Musavat.com QOL.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşıb.
Həmçinin oxuyun: “Yaxşı ki, “Qarabağ” ÇL-də oynamadı” deyənlərə belə cavab verdi
"Qarabağ"ı aparan avtobusun Londonda tıxaca düşməsi səbəbindən görüş Bakı vaxtı ilə 23:00-da deyil, 23:35-də başlayıb. Matçda İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.
1-ci turdan sonra "Qarabağ" turnir cədvəlində "Dinamo" (Kiyev) ilə 34-35-ci yerləri bölüşdürür.
Qeyd edək ki, “Tottenhem” “Qarabağ”a tanış rəqibdir. 2015-ci ildə də bu komandalar iki dəfə qarşılaşıblar. Avroliqanın qrup mərhələsində keçirilən oyunların hər ikisi “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - Londonda 3:1, Bakıda 1:0.
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.
23:35. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:0
Qollar: Brennon Conson, 12 (1:0), Pape Matar Sarr, 53 (2:0), Dominik Solanke, 69 (3:0)
Qeyri-dəqiq penalti zəbəsi: Toral Bayramov, 57
Qırmızı vərəqə: Radu Draquiş, 8 ("Tottenhem")
London, “Tottenhem Hotspur” stadionu
Baş hakim: Villi Delajo, (Fransa)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ