İnsanlara hürriyət, millətlərə istiqlal!

İordaniya erməni rejissorun Azərbaycana böhtanla dolu filmini Oskara təqdim edəcək

İordaniya 97-ci Oskar Akademiya Mükafatlandırmasına Ən Yaxşı Beynəlxalq Film kateqoriyasında təqdim edilmək üçün erməni rejissor Sareen Hairabedian-ın Qarabağdan olan ermənu uşaqla bağlı "Mənim şirin ölkəm" sənədli filmini seçib.

Musavat.com xəbər verir ki, məlumatı Deadline yayıb.

Sənədli film 11 yaşlı Vrejedən bəhs edir. Filmdə hadisələr təhrif olunur, Azərbaycanın müstəqil Artsax dövlətinə hücum etdiyi, erməniləri silah gücünə oradan çıxardığı iddia edilir.

Film Nyu-Yorkda yaşayan erməni əsilli rejissor Hairabedian-ın debüt filmidir. “Mənim şirin ölkəm” filminin premyerası bu ilin əvvəlində Sheffield DocFest-də keçirilib, daha sonra iyul ayında Əmman Beynəlxalq Film Festivalı da daxil olmaqla bir neçə festivalda nümayiş edilib, burada Ən Yaxşı Sənədli Film Münsiflər Heyəti Mükafatını və Ən Yaxşı Bədii Ərəb sənədli filmi üçün FIPRESCI Mükafatını alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR